Accessibility links

“Müsəlman qardaşlığı”nın terrorçular siyahısına salınması nəzərdən keçirilir


ABŞ prezidenti Donald Tramp Misirin “Müsəlman qardaşlığı” qrupunun terrorçular siyahısına salınmasını nəzərdən keçirir.

Ağ Ev bildirib ki, prezident milli təhlükəsizlik komandası və region liderləri ilə məsələni müzakirə edib.

Misirin ən yaşlı islamçı hərəkatının xarici terror təşkilatı adlandırılması Vaşinqtona bu qrupun üzvləri və qrupa qarşı sanksiyalar tətbiq etməsinə şərait yarada bilər.

Bəyanat Trampın Misir prezidenti Əbdel Fəttah Əl-Siisi ilə Vaşinqton görüşündən 3 həftə sonra səslənib.

Tramp Sissini “əla prezident" adlandıraraq, Misir-ABŞ əlaqələrinin indiki qədər güclü olmadığını deyib.

Eyni zamanda ABŞ qanunvericiləri və insan haqları müdafiəçiləri Sissini ölkədə insan haqları pozuntularına görə tənqid edərək, hakimiyyətini 2030-cu ilədək uzadan referendumu pisləyib.

Müsəlman Qardaşlığı partiyası 2013-cü ildə azad seçkilər yolu ilə seçilən Məhəmməd Morsinin devrilməsindən sonra ləğv edilib.

Morsini hakimiyyətdən salan Əl-Sissi partiyanın rəhbərliyi və üzvlərini həbs edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG