Accessibility links

Müsəlmanlar üçün halal yeməklər


Müsəlmanlar üçün halal yeməklər
please wait

No media source currently available

0:00 0:03:21 0:00

Müsəlmanlar üçün halal yeməklər

COVID-19 ərzaq sənayesinə də təsirsiz qalmayıb. ABŞ-da restoranların bağlanması ilə bir çox aşpaz işsiz qalıb. Paytaxt Vaşqintonda çalışan iki aşpaz Virciniya ştatında halal yeməklər hazırlamağa başlayıb. Bu pilot proqram ənənəvi yemək sifarişləri etməyən müsəlmanları nəzərdə tutur.

COVİD pandemiyası dövründə amerikalıların bir çoxunun dolanışığı çətinləşib.
Lakin mədəni fərqlərə görə yardım proqramları almayan müsəlman ailələrin problemi unikaldır.

Virciniya ştatının çoxmillətli Feyrfaks mahalı hər kəsin yardım aldığından əmin olmağa çalışır.

“Söhbət məşğulluq kimi Feyrfaksda ümumi bir konsepsiya yaradılmasından gedir. İmkansız ailələri ərzaqla təmin etmək, bunun üçün insanları işə cəlb etmək lazımdır. Bu isə o deməkdir ki, COVİD- dövründən bir fərd olaraq deyil, bir qrup olaraq keçirik” - deyə, Feyrfaks mahalının rəhbəri Brayan Hill bildirib.

Yaxın Şərq yeməkləri ilə tanınan bu aşpazlar ərzaq yardım proqramı çərçivəsində halal yeməklər hazırlayıb, ehtiyacı olanlara paylayır. Onların hər ikisi də pandemiyanın təsirinə məruz qalan işlərindən istifadə edir.

“COVID başladıqda mən və partnyorum Vaşinqtondakı işimizi itirdik. Daha bir iş başlamağımız bir neçə gün vaxt apardı. Biz ərazidə inkubator mətbəxlərini araşdırdıq və bəzilərini ziyarət etdik. Bunlar bizə çox uyğun gəldi” - deyə, aşpaz Şelbi Makkarron bildirib.

İnkubator mətbəxləri restoranlardan kənarda aşpazlar üçün yüksək səviyyədə yemək hazırlamaq üçün yerdir. Bu qruplardan biri də Sərhəd Mətbəxidir ki, aşpazlar burada müsəlman ailələr üçün yeməklər hazırlayır.

“…Bura biznes üçün, istehsalçı və istesalını davam etdirənlər, biznesləri ziyan görənlər üçün əla yerdir. Biz gördük ki, hətta öz restoranlarında nəsə hazırlamaq imkanları olmayanlar gəlib bizim mətbəximizdə çalışa bilir..” , Sərhəd Mətbəxinin həm-təsisçisi Kassidi Ceyms deyib.

Proqram müsəlman ailələri vegeterian və ya ət yeməkləri, habelə daşınmaları üçün torbalarla təmin edir. Daun pilot proqramın müsəlmanlar da daxil olmaqla, müxtəlif icma üzvlərinə xidmət etdiyini deyir.

“Araşdırdıq. Məlumatlarımız var və buna əsaslanaraq müsəlman icmamızın halal yeməyə çox ehtiyacı olduğunu gördük. Ərzaq paylamasının daha çox həftə arasında baş verdiyini və həftə sonları yemək çatdırılmadığını gördüyümüz üçün bu boşluqları dolduqmağa çalışdıq” - deyə, Feyrfaks proqramının üzvü Daun Tayman bildirib.

Bonne Bonn ərzaq maşınının sahibi İman Həbib koronavirus dövründə gəlirinin 70 faizini itirdiyini deyir. Pilot proqram hazırda ona işini davam etdirməsi və gəlir əldə etməsinə yardım edir.

"Beləliklə, bu proqram yalnız mənə deyil, bir iş sahibi kimi işdən kənarda qalan işçilərə və proqram üçün yerli satıcıları işə götürməyimə kömək etdi, buna görə də paxlava və çörək bişirən insanları dəstəkləyirəm. Bu proqramdan hər kəs faydalanır.”

Bu aşpazlar bir araya gəlib həftədə 250 ailəyə yemək hazırlayır. Buraya həftə ərzində bişiriləcək yeməklər üçün ərzaq alış-verişi, həmçinin ailə üslubunda yeməklər daxildir.

Şərhlərə bax

XS
SM
MD
LG