Accessibility links

Müsavat Partiyası başqanının müavininin apellyasiya şikayətinə baxılır


Razim Imiraslanlı
Razim Imiraslanlı

Noyabrın 15-də Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının başqanının müavini Razim Əmiraslanlının apellyasiya şikayətinə ilkin baxış başlayıb.

Vəkil Nemət Kərimli bildirib ki, birinci instansiya məhkəməsində iclasın protokolu saxtalaşdırılıb. O, bununla bağlı protokola yazdığı qeydləri təqdim edib. Məhkəmə bu qeydlərin araşdırılması üçün işin ilkin instansiya məhkəməsinə qaytarılması barədə qərar çıxarıb. Bu səbəbdən apellyasiya şikayətinə baxış təxirə salınıb.

Razim Əmiraslanlı
Razim Əmiraslanlı

“Razim Əmiraslanlının məhkəməsində olduq. Çağırışla polis idarəsinə özü getmiş adama avtobusun arxasınca ünvansız söyüş ittihamı veriblər. Tam uydurma ittihamdır,“ Müsavat Partiyasının başqanı Arif Hacılı facebook səhifəsində yazıb.

Razim Əmiraslanlı noyabrın 11-də Bakının Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 15 sutka inzibati həbsə məhkum edilib. O, polisin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinib.

Əmiraslanlı Müsavat Partiyasının noyabrın 12-nə təyin etdiyi aksiya ərəfəsində həbs edilib.

Müsavat Partiyasının məlumatına görə, aksiyadan əvvəlki günlərdə və noyabrın 12-də onlarla partiya fəalı, o cümlədən partiyanın başqanı Arif Hacılı və onun müavinləri saxlanılıb. Fəallar yalnız noyabrın 12-də axşam saatlarında sərbəst buraxılıb.

XS
SM
MD
LG