Accessibility links

Müsavat fəalı ilə bağlı məhkəmənin sorğusuna polis idarəsi cavab vermir


İyulun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənovanın sədrliyi ilə Müsavat Partiyasının fəalı Azad Həsənova qarşı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Məhkəmə iclasında Müsavat Partiyasının başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli, Milli Strateji Düçncə Mərkəzinin rəhbəri İsa Qəmbər, ictimai-siyasi fəallar iştirak edib.

Müsavat fəalı ilə bağlı məhkəmənin sorğusuna polis idarəsi cavab vermir
please wait

No media source currently available

0:00 0:03:35 0:00

Hakim bildirib ki, vəkil Osman Kazımovun vəsatəti əsasında Bakı Şəhər Baş Polis İdarəsinə (BŞBPİ) göndərilmiş sorğuya hələ cavab verilməyib.

Sorğuda 2018-ci il oktyabrın 11-də Azad Həsənovun həbs edildiyi gün Bakı şəhər Baş Polsi İdarəsinə gəlib-gedənlərin qeydiyyatı aparılan jurnalın surətinin məhkəməyə təqdim olunması xahiş edilir. Lakin Bakı şəhər Baş Polis İdarəsi məhkəmənin üçüncü sorğusuna cavab vermir.

“Deyirsiniz məhkəmə islahatı aparılır. Bakı şəhər Baş Polis İdarəsi məhkəmənin adi bir sorğusuna cavab vermir. Polis cavab da verməyəcək. Çünki ölkədə məhkəmə rejimi deyil, polis rejimi hökm sürür” , vəkil hakim heyətinin diqqətinə çatdırıb.

Müsavat Partiyasının fəalı Azad Həsənovun məhkəməsində
Müsavat Partiyasının fəalı Azad Həsənovun məhkəməsində

Vəkil polis əməkdaşlarının Azad Həsənovun saxlanılması ilə bağlı dərhal ailəsinə xəbər verilməsi barədə məhkəməyə yalan ifadə verdiyini hakimin diqqətinə çatdırıb. Buna sübut kimi Azad Həsənovun qardaşının Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nin əməkdaşı ilə 3 telefon danışığı səsləndirılib. "102-Zəng Mərkəzi"nin əməkdaşı Azad Həsənovun saxlanılmasından 6 saat sonra onun qardaşının zənginə bu barədə Bakı şəhər Baş Polis İdarəsinə məlumat veriləcəyini və ailəyə onun taleyi İlə bağlı məlumat çatdırılacağını desə də, bu, baş verməyib. Həsənovun qardaşı daha iki dəfə 102 xidməti ilə əlaqə saxlasa da, məlumat ala bilməyib.

“Qardaşım üçüncü dəfə zəng etdiyi vaxt artıq məhkəmə mənim barəmdə həbs qətimkan tədbiri seçmişdi. Amma ailəmə bu barədə hər hansı məlumat verilməyib” , Həsənov qeyd edib.

Məhkəmə iyulun 15-də davam etdiriləcək.

Azad Həsənov Amerikanın Səsinin qısa sorğusuna məhkəmə zalında bildirib ki, saxlanma şəraiti və səhhəti yaxşıdır.

"Mən siyasi fəalların məhkəmə cərimələrinin ödənilməsi aksiyasına qoşuluram. Ailəmə də sözüm var. Mənə qarşı irəli sürülən ittiham şər və böhtandır. Möhkəm olun, haqq qalib gələcək", o məhkəmə zalında olan partiya fəallarından birinə aksiya üçün ödədiyi vəsaiti təqdim edib.

Azad Həsənov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham olunur. O, 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə 2018-ci il oktyabrın 11-də Bakıya gəlib. Elə həmin gün atasının yaşadığı Hövsan qəsəbəsində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Müsavat Partiyasının başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli və Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər
Müsavat Partiyasının başqanı Arif Hacılı, AXCP sədri Əli Kərimli və Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər

Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. İndiki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatlığa namizədliyini irəli sürəndə Azad Həsənov onun seçki qərargahının üzvü olub.

Müsavat Partiyası bəyanat verərək, onun həbsinin qurama işə söykəndiyini, siyasi motivli olduğunu bəyan edib.

Ancaq Azərbaycan rəsmiləri ölkədə insanların siyasi baxışlarına görə həbs edilməsinə dair iddiaları qəbul etmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG