Accessibility links

Müsavat fəalı məhkəmə zalında azadlığa buraxıldı


Azad Həsənov və Arif Hacılı məhkəmənin qarşısında

Azad Həsənov ittiamı şər-böhtan adlandırıb

Avqustun 5-də Bakı Ağır Cinayətlər Məhkəməsi qanunsuz narkotik dövriyyəsində ittiham olunan Müsavat Partiyasının fəalı Azad Həsənovu məhkəmə zalında azadlığa buraxıb.

Prokuror ittihamın daha yüngül maddəyə - 234.1-ci (şəxsi istifadə üçün yol verilən normadan artıq narkotik maddənin qanunsuz döviyyəsi) maddəyə tövsif edilməsini və fəalın 1,5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini təklif edib.

Məhkəmə fəala bir il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Bu zaman məhkəmə son iki ay beş günlük müddəti şərti cəza ilə əvəz edib və fəal məhkəmə zalında azadlığa buraxılıb.

Azad Həsənov 2014-cü ildən Litvada siyasi mühacirətdə idi. 2018-ci il oktyabrın 11-də atasının ağır xəstəliyi ilə əlaqədar Bakıya qayıdıb və elə həmin gün saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb.

Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Arif Hacılı: Bütün siyasi məhbusların azad edilməsi istiqamətində mübarizə davam etdirilməlidir

Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə müsahibəsində fəalın məhkəmə zalından azadlığa buraxılmasını müsbət qarşılayıb.

Arif Hacılı: Bütün siyasi məhbusların azad edilməsi istiqamətində mübarizə davam etdirilməlidir
please wait

No media source currently available

0:00 0:01:07 0:00

“Uzun müddətdir ki, siyasi məhbusların məhkəmə zalından azad olunmasının şahidi olmurduq. Əslində Azad Həsənova bəraət verilməli idi. Çünki onun heç bir günahı yoxdur. Ancaq hər halda ictimaiyyətin tələbi, Müsavat Partiyasının, digər siyasi-ictimai təşkilatların, Azərbaycan vətəndaş cəmiyyətinin dəstəyi ilə Azad Həsənovun məhkəmə zalından azadlığa buraxılmasını müsbət hadisə hesab edirəm,” o qeyd edib.

Mübarizə davam etsə, ardıcıl və daha güclü olsa bütün siyasi məhbusların azadlığa buraxılmasına nail olmaq mümkündür.
Arif Hacılı, Müsavat Partiyasının başqanı

Hacılı hesab edir ki, Azərbaycanın siyasi qüvvələri, ictimai təşkilatları, vətəndsaş cəmiyyəti bütün siyasi məhbusların azad edilməsi istiqamətində mübarizəsini davam etdirməlidir.

“Əminəm ki, belə mübarizə davam etsə, ardıcıl və daha güclü olsa bütün siyasi məhbusların azadlığa buraxılmasına nail olmaq mümkündür,” Müsavat Partiyasının başqanı Amerikanın Səsinə bildirib.

Azad Həsənov: Bəraət gözləyirəm

Azad Həsənov Amerikanın Səsinə müsahibəsində bildirib ki, məhkəmədən bəraət qərarı gözləyib.

Azad Hsənov: Bəraət gözləyirəm
please wait

No media source currently available

0:00 0:01:46 0:00

“Bəraət olmasa da bu gün azadlıqdayam. Vəkilim ilə məsləhətləşəndən sonra bəraət üçün məhkəmənin qərarından apellyasiya şikatyəti verəcəm. Sağlamam, hər şey qaydasındadır.”

O, ittihamı şər, böhtan adlandırıb.

Üzərimə ölkəni tərk etməmək barədə qoyulmuş qadağanın aradan qaldırlması üçün hüquq çərçivəsində mübarizə aparacam.

“Məhkəmədə də bir daha aydın oldu ki, polislər məni Litvadan mühacirətdən gəldiyim gün müsavatçı və mühacir olduğum üçün həbs edib. Səhər ölkəyə gəlmişəm, günorta məni saxlayıblar və şər, böhtanla ittiham irəli sürüblər,” o qeyd edib.

Həsənov hazıda Litvada yaşayan ailə üzvləri ilə tezliklə görüşmək ümidindədir.

“Üzərimə ölkəni tərk etməmək barədə qoyulmuş qadağanın aradan qaldırlması üçün hüquq çərçivəsində mübarizə aparacam.”

Azad Həsənov bundan sonra da fəaliyyətini Müsavat Partiyasında davam etdirəcəyini deyib.

“2004-cü ildən, 19 yaşımdan Müsavat Partiyasının üzvüyəm. Siyasi fəıaliyyətimi bundan sonra da Müsavat sıralarında davam etdirəcəm,” o bəyan edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynada bəndin dağıdılmasından sonra 1500-ə yaxın insan təxliyə edilib
please wait

No media source currently available

0:00 0:12:19 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG