Accessibility links

Müsavat fəalı həbs edilib


Müsavat Partiyasının fəalı, keçmiş vicdan məhbusu Elvin Abdullayev yanvarın 22-də polis bölməsinə aparılıb. Yanvarın 23-də isə Xətai Rayon Məhkəməsinin qərarı ilə Elvin Abdullayev İnzbati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq ) maddəsilə təqsirli bilinərək 25 sutka inzibati həbsə məhkum edilib.

Bu barədə Elvin Abdullayevin anası Zülfiyyə Abdullayeva bildirib.

“Mənə aydın deyil ki, Elvini niyə saxlayıblar. Deyirlər ki, Elvin 19 yanvar mitinqi ilə bağlı təbliğat aparıb. Mitinq Bakı rəhbərliyi ilə razılşadırılmış mitinq olub, burada qanun əleyhinə nə baş verib ki, bunu anlamaq olmur” , ana qeyd edib.

Elvin Abdullayev 2015- ci lin yanvarında da həbs olunub və narkotik maddə dövriyyəsində təqsirli bilinərək 6 il azadlıqdan məhrum edilmişdi. O, 2017-ci ilin martında əfv edilib.

Elvin Abdullayev həbs olunanda Azərbaycan Xalq Cəbhəsinin üzvü idi. Həbsdən sonra isə Müsavat Partiyasına üzv olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG