Accessibility links

Müsavat Partiyası başqanının müavini saxlanılıb, izahatı alınaraq sərbəst buraxılıb


Fərəc Kərimli

Fərəc Kərimli izahatı alındıqdan sonra Bakı vaxtı ilə saat 12-də sərbəst buraxıldığını bildirib.

“Səhər saat 7-8 arası Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən yaşadığım mənzildən polis idarəsinə aparıldım. Saxlanma səbəbim kimi iyulun 14-dən 15-ə keçən gecə Milli Məclisin qarşısında keçirilən aksiyada iştirakım bildirildi. Polis idarəsində aksiyada iştirak edən, mənə bənzəyən birinin şəkili göstərildi. Video-görüntülərə də baxılmasını istədim. Video-görüntülərə baxılan zaman görüntülərdəki adamın başqa biri olduğu ortaya çıxdı. İzahatım alındıqdan sonra sərbəst buraxıldım,” Kərimli qeyd edib.

***

Müsavat Partiyası başqanının müavini Fərəc Kərimli bu gün, iyulun 29-da səhər saatlarında 6 nəfər mülki geyimli şəxs tərəfindən yaşadığı evdə saxlanılaraq Bakı Baş Polis İdarəsinə aparılıb.

Bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə bildirib.

“Ailəsinin verdiyi məlumata görə, 6 mülki geyimli şəxsdən ikisi Kərimlinin yaşadığı evə gəlib vəsiqələrini təqdim ediblər və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları olduqlarını bildiriblər. Deyiblər ki, 14 iyul Qarabağ mitinqi zamanı baş verən insidentdə Kərimlinin iştirakının olub-olmamasını araşdırmaq üçün onlarla Bakı şəhər Baş Polis İdarəsinə getməlidir. Fərəc Kərimli onlarla gedib və indiyədək onunla bağlı hər hansı məlumat verilməyib,” Müsavat Partiyasının başqanı Amerikanın Səsinə deyib.

“Belə görünür ki, hakimiyyət xalqımıza 37-ci ilin repressiyalarını xatırladacaq dəhşətli bir il yaşatmaq qəsdindədir. Repressiyalara son qoyulmalı, bütün siyasi məhbuslar dərhal azad edilməlidir!” Hacılı qeyd edib.

Öz növbəsində, Baklı Baş Polis İdarəsinin mətbuat xidməti Fərəc Kərimlinin saxlanılması ilə bağlı məlumata malik olmadığını bilıdirib.

Rəsmi qurumlar ölkədə bütün fundamental hüquqların tam bərpa edildiyini, siyasi baxışlarına görə insanların təqib edilməıdiyini, bütün insanların qanun qarşısında bərabər olduğnu bildirir. Rəsmi Bakı bir qayda olaraq işgəncə və qeyri-insani rəftarla bağlı deyilənləri əsassız sayır.

Müsavat Partiyası başqanının müavini Fərəc Kərimli bundan öncə, 2014-cü ilin iyulunda narkotik dövriyyəsi ittihamı ilə 6,5 il müddətinə həbs edilib. O hüquq müdafiəçiləri təərfindən siyasi məhbus kimi tanınıb.

Kərimli 17 mart 2016-cı ildə əvf olunub.

Hüquq-müdafiə təşkilatlarının məlumatına görə, 14 iyulda Azərbaycan Ordusuna dəstək məqsədi ilə keçirilən aksiyada yaranmış insident faktı üzrə qaldırlmış cinayət işi üzrə Azərbaycan Xalq Cəbhəsi Partiyasının 14, Azərbaycan Demokratiya və Rifah Hərəkatının 1, Müsəlman Birliyi Hərəkatının 2 üzvünə və Naxçıvan Muxtar Respublikasının keçmiş daxili işlıər naziri Səyavuş Mustafayeva qarşı ittiham irəli sürülərək barələrində həbs qətimkan tədbiri seçilib.

Bununla yanaşı, müstəqil mənbələr digər şəxslərin də ittiham edildiyini bildirilir.

Rəsmi qurumlar həbslərlə bağlı hələ məlumat yaymayıb.

Şərhlərə bax

XS
SM
MD
LG