Accessibility links

Müsavat Partiyası: Başqanlığa namizədlərin görüşlərinə əngəlləri pisləyirik


Tofiq Yaqublu və Yadigar Sadıqlı Qəbələ rayonuna buraxılmayıb
Tofiq Yaqublu və Yadigar Sadıqlı Qəbələ rayonuna buraxılmayıb

Müsavat Partiyasının başqanlığına (sədr-red) namizədlər regionlarda təbliğat kampaniyası zamanı təzyiqlərə məruz qaldıqlarını bildirir.

Müsavat Partiyasının məlumatına görə, oktyabrın 3-də Xaçmaz rayonunda (Bakıdan 157 kilometr şimal) Müsavat Partiyasının hazırkı başqanı Arif Hacılı ilə görüşdə iştirak edən qurultay nümayəndələri İlyas Yasinov, Ramazan Əliyev və Söhrab Əmrahov rayon polis idarəsinə çağırılıb.

Müsavat Partiyası başqanlığına digər namizədlər - Yadigar Sadıqlı və Tofiq Yaqublu Qəbələ rayonuna (Bakıdan 220 kilometr şimal-qərb) buraxılmayıb.

“Qəbələ rayon Polis İdarəsinin çoxlu sayda polisi, o cümlədən rəis müavini və cinayət axtarış şöbəsinin rəisi məni Yadigar Sadıqlı ilə birgə polis idarəsinə apardı. Xeyli çək-çevirdən sonra bizi həbs etməkdən daşındılar və sadəcə olaraq rayon ərazisindən çıxardılar,” Tofiq Yaqublu facebook səhifəsində yazıb.

Yadigar Sadıqlı
Yadigar Sadıqlı

Müsavat Partiyası namizədlərə qarşı təzyiqləri pisləyən açıqlama ilə çıxış edib.

“Müsavat Partiyasının demokratik prinsiplər əsasında qurultay təşkil etməsi hakimiyyəti narahat edib. Xüsusən rayonlarda insanların bir yerə toplaşmasından, siyasi müzakirələr aparmasından narahat olan repressiv rejim Müsavat Partiyasının başqanlığına namizədlərinin qurultay nümayəndələri ilə görüşlərinə əngəllər yaradır. Bu əngəlləri pisləyirik və son qoyulmasını tələb edirik,” açıqlamada bildirilir.

Rəsmi qurumlar baş verənlərlə bağlı hələ məlumat yaymayıb.

Oktyabrın 12-də Müsavat Partiyası növbəti 9-cu qurultayını keçirəcək.

Partiya sədrliyinə 3 funksioner - Arif Hacılı, Yadigar Sadıqlı və Tofiq Yaqublu namizədliyini irəli sürüb.

Müsavat Partiyası Azərbaycanda mövcud olan ən yaşlı siyasi partiyadır. Əsası 1911-ci ildə İstanbulda muhacirətdə olan Məhəmməd Əmin Rəsulzadə və milli demokratiya ideoloqları tərəfindən qoyulub.

"Müsavat"ın ilk qurultayı 1917-ci il oktyabrın 26-dan 31-dək Bakıda keçirilib.

1918-ci il mayın 28-də Tiflisdə Müsavat Partiyası Azərbaycanın istiqlalını elan edib. Milli Şuranın sədri vəzifəsinə Rəsulzadə seçilib.

1918-1920-ci illərdə dövlət quruculuğu prosesində, parlament seçkilərində, Azərbaycanın dünya dövlətləri tərəfindən tanınmasında Müsavat Partiyasının böyük xidmətləri olub.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra partiya öncə gizli, sonradan siyasi mühacirətdə fəaliyyət göstərib.

1992-ci ildə Azərbaycanda Müsavat Partiyasının fəaliyyəti bərpa edilib. Xalq Cəbhəsinin liderlərindən biri, parlamentin o zamankı spikeri İsa Qəmbər partiyanın sədri seçilib.

Arif Hacılı partiyanın 2014-cü ilin oktybarında keçirilən 8-ci qurultayında başqan seçilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG