Accessibility links

Müsavat Partiyasının fəalı polisə çağırılıb


Noyabrın 6-da Müsavat Partiyası başqanının müşaviri Azər İsmayılın polisə çağırılıb. Bu barədə Azər İsmayılın özü deyib.

Onun sözlərinə görə, Cinayət Axtarış Bölməsinin rəisi mitinqlə bağlı suallar verib.

"Soruşdu növbəti mitinq nə vaxt olacaq, dedim ki, mətbuatda xəbər tutacaqsınız. Bundan sonra sərbəst buraxıldım," İsmayıl bildirib.

Məsələ ilə bağlı Sabirabad Rayon Polis Şöbəsindən və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. Lakin rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə insanlara baxışlarına və dinc siyasi fəaliyyətlərinə görə basqılar olmur.

Müsavat Partiyası noyabrın 10-na mitinq təyin etmişdi. Amma Bakı Şəhər İcra Hakimiyyəti ilə aksiyanın yeri ilə bağlı razılaşma əldə edilmədiyindən mitinq təxirə salınıb. Həmin aksiyada "Siyasi məhbuslara azadlıq!", "Repressiyalara son!" kimi şüarların səsləndirilməsi planlaşdırılırdı.

Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların mövcudluğu və repressiyaların aparılması fikri ilə razı deyil. Onlar deyirlər ki, Azərbaycanda siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb edilib.

XS
SM
MD
LG