Accessibility links

Müsavat Partiyası mühacirlərə saxta arayışlar verilməsi barədə yayılan məlumatları təkzib edib


Müsavat Partiyası “mühacir alveri” ilə bağlı yayılan şayiələri təkzib edib.

Partiyanın açıqlamasında deyilir ki, Müsavat Partiyası son 5 ildə ölkəni tərk edən yalnız 197 nəfərə üzvlüklə bağlı rəsmi arayış verib.

“Yalan bəzən həqiqətdən önə keçir, xüsusən onu tirajlayan çox olarsa. Hətta ABŞ kimi qüdrətli, geniş informasiya resurslarına malik olan bir dövlət də yalanların və şayiələrin hədəfinə çevrilir. Ötən gün ABŞ-ın Bakıdakı Səfirliyi turist vizalarının verilməsi ilə bağlı yayılan məlumatlara “şayiə və həqiqət” başlığı altında aydınlıq gətirib. Eyni üslübda Müsavat Partiyasına qarşı yayılan şayiələrə aydınlıq gətiririk:

Şayiə – Müsavat Partiyası mühacir alveri ilə məşğuldur və xaricə gedənlərə kütləvi şəkildə arayış verir.

Həqiqət – Son 5 ildə (2014-2019) Müsavat Partiyasının yalnız 197 üzvü ölkəni tərk edərək Avropa ölkələrinə, ABŞ-a və Kanadaya getdiyi barədə partiyaya məlumat verib. Belə ki, Müsavat Partiyası ölkəni tərk edən yalnız 197 nəfərə üzvlüklə bağlı rəsmi arayış təqdim edib. Milli qanunvericiliyə əsasən bizim arayış tələb edən üzvlərə imtina etmək hüququmuz yoxdur.

Müsavat adından saxta arayış verənlərin məsuliyyətə cəlb olunmasına ən çox maraqlı olan bizik, çünki bu məsələdə biz zərərçəkən tərəfik,” partiyanın məlumatında qeyd edilir.

Yerli medianın məlumatına görə, ötən il Müsavat Partiyasının rəhbər şəxsləri saxta arayışlarla bağlı prokurorluq orqanlarında da dindirilib.

XS
SM
MD
LG