Accessibility links

Müsavat Partiyası “qızıl amnistiya” təklifi ilə çıxış edib


Müsavat Partiyasının başqanı Arif Hacılı Dünya Azərbaycanlıların Həmrəylik Günündə böyük amnistiya qanununun qəbul edilməsi təklifi ilə çıxış edib.

“Minlərlə məhbus və məhbus ailəsi uzun illərdir ki, qızıl amnistiya arzusu ilə yaşayır. Vətən Müharibəsi günlərində xalqın orduya və dövlətə verdiyi misilsiz dəstəyə ən layiqli cavab Dünya Azərbaycanlılarının Həmrəylik Günündə böyük amnistiya qanununun qəbul edilməsi olardı. Bu, həm də ortaya çıxan yeni problemlərlə bağlı həmrəylik mühitinin davam etməsi üçün zəruridir,” Müsavat Partiyasının başqanı qeyd edib.

Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupunun üzvü Xədicə İsmayıl Amerikanın Səsinə müsahibəsində bildirib ki, işçi qrupu bu il noyabrın 8-də Şuşa şəhəri alınan zaman ölkədəki həmrəylik ab-havası bu addımı zəruri edir.

please wait

No media source currently available

0:00 0:02:04 0:00

“Yəni, hesab edirdik ki, milli barışıq, həmrəyliyi daha da möhkəmlətmək üçün qızıl amnistiya qəbul edərlər. Təəssüf ki, belə bir addım olmadı. Amma hər halda indi də qızıl amnistiyaya ehtiyac var. Bu amnistiya təkcə siyasi məhbuslar üçün olmamalıdır. Ölkədə çoxlu sayda qanunsuz həbs edilmiş insanlar var. Bunu həm Avropa məhkəməsinin qərarları göstərir, hökumətin özünün də artıq etirafları var. Hökumət bu qanunsuz həbsləri bir-bir ayrılqıda araşdırıb, qanunsuz qərarlar verən şəxsləri cəzalandırmaq iqtidarında deyilsə, heç olmasa ziyanın yarısından qayıdıb, amnistiya elan edə bilər,” o, Amerikanın Səsinə bildirib.

İctimai fəal və keçmiş siyasi məhbus Bəxtiyar Hacıyev əsl həmrəylik bayramı yaşanması üçün amnistiyanı zəruri sayıb.

“Müsavat Partiyasının başqanı Arif Hacılının təklifini dəstəkləyirəm. Başda saxta ittihamlarla həbsə atılmış müxaliflər, xüsusilə də 14 iyul Qarabağ yürüşünə görə həbs edilmiş cəbhəçilər və digər vətəndaşlar, hansısa məmurun sifarişi ilə ömürlük həbsdə yatanlar (məsələn, Şəmsi Səmədzadə və digərləri), xırda pozuntulara görə həbs edilmiş şəxslər Həmrəylik Günü ərəfəsində azad edilməli və əsl həmrəylik bayramı yaşanmalıdır,” Bəxtiyar Hacıyev bildirib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Seymur Həzi bildirib ki, bu ilin yayında da vətəndaş cəmiyyəti amnistiya təşəbbüsü ilə çıxış etmişdi. “Biz hər iki təşəbbüsü alqışlayırıq,” o qeyd edib.

Siyasi Məhbusların Monitorinq Mərkəzi bu il noyabrın 10-da Qarabağda müharibənin sona çayması münasibəti ilə böyük sayda məhkumun, 190-dan artıq siyasi məhbusun, o cümlədən "ömürlük məhbusların" azad edilməsi məqsədilə miqyaslı amnistiya və əfv aktının elan olunmasını təklif edib.

Mərkəzin rəhbəri Elşən Həsənov bildirib ki, həmçinin məhkəmələrin müstəqilliyinin, sərbəst toplaşma, söz, vicdan, dini etiqad azadlıqlarının və digər fundamental azadlıqların təmin olunması, polis və ədliyyə orqanlarında islahatlarının aparılması vacibdir.

Siyasi Məhbusların Monitorinq Mərkəzi 2014-cü ilin oktyabrında bir qrup keçmiş "vicdan məhbusu" tərəfindən yaradılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG