Yanvarın 13-də Müsavat Partiyasının başqanı Arif Hacılı ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger ilə görüşüb.
Müsavat Partiyasının mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycandakı ictimai siyasi durum, regionda baş verən son hadisələr, fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkiləri müzakirə olunub.
ABŞ səfiriiyi görüşlə bağlı hələ məlumat yaymayıb.