Accessibility links

Müsavat Partiyasının başqanlığına 3 nəfər namizədliyini irəli sürəcəyini bildirib


Artıq 3 partiya fəalı Müsavat Partiyasının başqanlığına namizədliyini irəli sürəcəyini bildirib. Bunlar keçmiş siyasi məhbuslar Tofiq Yaqublu, Yadigar Sadıqov və partiya fəalı Başxanım Abbaslıdır. Ehtimal olunur ki, Müsavat Partiyasının hazırkı başqanı Arif Hacılı da namizədliyini irəli sürəcək.

Bu barədə Müsavat Partiyasının mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər.

Oktyabrın 12-də Müsavat Partiyası növbəti 9-cu qurultayını keçirəcək.

Qurultayda partiya başqanının, mərkəzi nəzarət-təftiş komissiyasının hesabatları dinləniləcək. Təşkilatı məsələlərə baxılacaq, partiyanın başqanı, mərkəzi nəzarət-təftiş komissiyasının üzvləri və sərbəst məclis üzvləri seçiləcək. Eyni zamanda, proqram və nizamnaməyə müəyyən dəyişiklik və əlavələrin edilməsi nəzərdə tutulur.

Nizamnaməyə görə istənilən partiya üzvü başqanlığa namizədliyini irəli sürə bilər.

Arif Hacılı partiyanın 2014-cü ilin oktybarında keçirilən 8-ci qurultayında başqan seçilib.

Müsavat Partiyası Azərbaycanda mövcud olan ən yaşlı siyasi partiyadır. Əsası 1911-ci ildə İstanbulda muhacirətdə olan Məhəmməd Əmin Rəsulzadə və milli demokratiya ideoloqları tərəfindən qoyulub.

"Müsavat"ın ilk qurultayı 1917-ci il oktyabrın 26-dan 31-dək Bakıda keçirilib.

1918-ci il mayın 28-də Tiflisdə Müsavat Partiyası Azərbaycanın istiqlalını elan edib. Milli Şuranın sədri vəzifəsinə M.Ə. Rəsulzadə seçilib.

1918-1920-ci illərdə dövlət quruculuğu prosesində, parlament seçkilərində, Azərbaycanın dünya dövlətləri tərəfindən tanınmasında Müsavat Partiyasının böyük xidmətləri olub.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra partiya öncə gizli, sonradan siyasi mühacirətdə fəaliyyət göstərib.

1992-ci ildə Azərbaycanda Müsavat Partiyasının fəaliyyəti bərpa edilib. Xalq Cəbhəsinin liderlərindən biri, parlamentin o zamankı spikeri İsa Qəmbər partiyanın sədri seçilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG