Accessibility links

Müsavat Partiyasının fəalı cərimə olunub


Müsavat Partiyası

İyunun 29-da Müsavat Partiyasının üzvü Ceyhun Məmmədli Zərdab Rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub.

Bu barədə Amerikanın Səsinə Müsavat Partiyasından bildiriblər.

Məlumata görə, Ceyhun Məmmədli İnzibati Xətalar Məcəlləsinin 535-1-ci maddəsini (polisə müqavimət göstərmək) pozmaqda təqsirli bilinərək barəsində bu qərar çıxarılıb.

Partiya hesab edir ki, Məmmədli qanunu pozmayıb, ittihamın əsl səbəbi onun sosial şəbəkədəki tənqidi yazılarıdır.

İki gün əvvəl, iyunun 27-də Müsavat Partiyası bildirib ki, Ceyhun Məmmədli evindən Zərdab Rayon Polis Şöbəsinə aparılıb. Orada onun barəsində İnzibatı Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib olunub, sonra məhkəməyə qədər sərbəst buraxılıb.

Ceyhun Məmmədli Müsavat Partiyasının Zərdab rayon təşkilatının sədridir.

Fəalın cərimələnməsi ilə bağlı hələ hüquq mühafizə orqanları məlumat yaymayıb.

Azərbaycanın hakimiyyət təmsilçiləri bir qayda olaraq insanların qanun qarşısında bərabər olduğunu, siyasi baxışlarına görə təqibə məruz qalmadığını bildirir. Bununla yanaşı, yerli hüquq müdaqfiəçiələri yüzdən çox insanı siyasi məhbus kimi tanıyır.

XS
SM
MD
LG