Accessibility links

Məhkəmə Müsavat Partiyasının fəalının şikayətini təmin etməyib


Elman Quliyev
Elman Quliyev

Vəkil məhkəmədən Elman Quliyevin təhlükəsizliyinin təmin olunmasını istəyib

Avqustun 2-də Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə Müsavat Partiyası Gənclər Təşkilatının həbsdə olan sədri Elman Quliyevin şikayətinə baxılıb.

Elman Quliyev iyulun 29-da Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibati qaydada həbs olunub. Müsavat Partiyasının fəalı həmin günlərdə həbsdə aclıq aksiyası keçirən Azad Həsənova azadlıq tələbi ilə etiraz aksiyasında iştiraka görə İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsilə ittiham edilib.

Vəkil Osman Kazımov Amerikanın Səsinə bildirib ki, məhkəmədə aksiya zamanı çəkilmiş video görüntülərə baxış keçirilməsi barədə vəsatət qaldıtrıb. Onun sözlərinə görə, videogörüntlər obyektiv sübutdur və həqiqəti ortaya qoyur.

Osman Kazımov
Osman Kazımov

"Videoda görünür ki, Elman Quliyev və digər şəxslər qanun pozuntusuna yol vermir. Əksinə, polis əməkdaşları kobud davranır, söyüş söyür."

Hakim Faiq Qasımov videogörüntü ilə bağlı vəsatəti və ümumiyyətlə, apellyasiya şikayətini təmin etməyib.

Məhkəmədə çıxış edən Elman Quliyev haqqındakı həbs qərarının qanunsuz və əsassız olduğunu bildirib. Deyib ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsində saxlanılarkən müdafiə hüququ pozulub, vəkillə təmin olunmayıb. Onun sözlərinə görə, bu pozuntu məhkəmədə də davam edib - hakim qarşısına vəkilsiz çıxarılıb.

Elman Quliyev apelyasiya şikayətində onu da qeyd edib ki, saxlandığı təcridxanaya özünü Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin nümayəndəsi kimi təqdim edən bir nəfər gəlib. Ona yaxşı maaşlı iş və imkanlar qarşılığında əməkdaşlıq təklif edib. Müsavatçı gəncin sözlərinə görə, təklifdən imtina edəndə özünü polkovnik kimi təqdim edən həmin şəxsin hədələrilə üzləşib. Ona deyilib ki, 30 günlük bu cəzası başa çatandan az sonra yenidən həbsə göndəriləcək. Amma bu dəfə həbsi uzunmüddətli olacaq. Çünki haqqında cinayət işi qaldırılacaq.

Vəkil Osman Kazımov onun dediklərinə əsaslanaraq çıxışında bu məsələyə toxunub. O, məhkəmədən Elman Quliyevin təhlükəsizliyinin təmin olunması üçün lazımi tədbirlər görülməsini istəyib.

Lakin hakim bu vəsatəti də təmin etməyib.

Azərbaycan rəsmiləri ölkədə insanların siyasi baxışlarına görə həbs olunmasına dair iddiaları qəbul etmir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG