Accessibility links

Müsavat Partiyasının fəalı həbsxanada aclıq edir


Azad Həsənov
Azad Həsənov

Həbsdə olan Müsavat Partiyasının fəalı Azad Həsənov saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasında beşinci gündür aclığı davam etdirir.

Bu barədə Amerikanın Səsinə iyulun 26-da Həsənovla görüşdən sonra vəkil Osman Kazımov bildirib.

Həsənov aclıq aksiyasını ona qarşı açılmış cinayət işi üzrə məhkəmə prosesinin süni uzadılmasına etiraz olaraq elan edib.

Həsənovun, yoxsa onu saxlayanların doğru danışdığını aydınlaşdırmaqdan ötrü məhkəmə Bakı şəhər Baş Polis İdarəsinə qeydiyyat kitabından çıxarıç vüerməsi ilə bağlı sorğu göndərib. Hər dəfə məhkəmədə məlum olur ki, cavab gəlməyib və beləcə, proses bir neçə aydır ertələnir. İyulun 22-də hakim İradə Həsənzadə deyib ki, polis idarəsindən hələ də cavab ala bilməyib.

“Azad Həsənov müddətsiz aclıq edir. Həsənov halsızdır və baş gicəllənməsindən şikayətlənir. O bu gün təcridxana rəhbərliyinə aclıq etdiyi üçün ayrı otağa köçürülməsi və həkim nəzarətində saxlanılması üçün müraciət edib,” vəkil Amerikanın Səsinə bildirib.

Kazımov bildirib ki, Azad Həsənova ədalətsizliyə etiraz edir.

Ata xərçəng, övladı və həyat yoldaşı uzaq Litvada tənha, Azad həbsdə. Zalımlar kabablayır. Allah göydə. Vicdanlar susub.
Osman Kazımov, vəkil

“İnsanlıq yaddan çıxıb, dəyərlər itib... Azad xərçəng xəstəliyindən əziyyət çəkən atasını görmək üçün didərgin kimi yaşadığı Litvadan gəlib. Gələn günü də həbs olunub. Ata xərçəng, övladı və həyat yoldaşı uzaq Litvada tənha, Azad həbsdə. Zalımlar kabablayır. Allah göydə. Vicdanlar susub. Millət hələ də ayılmaq istəmir,” vəkil Kazımov facebook səhifəsində yazıb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidmətinin rəhbəri Mehman SadıqovAzad Həsənovun aclıq aksiyasının keçirilməsi barədə xəbəri təkzib edib.

Azad Həsənov 2014-cü ildən Litvada mühacir həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə ötən ilin oktyabrın 11-də Bakıya gəlib və həmin gün saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldəetmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Bu ittiham sübut olunarsa onu 5 ildən 12 ilədək həbs cəzası gözləyir.

A.Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür.

Müsavat Partiyası onun həbsinin qurama və siyasi motivli olduğunu bəyan edib.

Azərbaycan rəsmiləri ölkədə insanların siyasi baxışlarına görə həbs olunmasına dair iddiaları qəbul etmir.

XS
SM
MD
LG