Accessibility links

Müsavat Partiyasının fəalı və digər dörd nəfər sərbəst buraxılıb


Bazar günü, fevralın 14-də Bakının Suraxanı rayon Polis Idarəsinin əməkdaşları Müsavat Partiyasının Suraxanı rayon təşkilatının üzvləri iclas keçirərkən saxlayıb.

Bu barədə Amerikanın Səsinə Müsavat Partiyası Suraxanı rayon təşkilatının sədri Arzulla Buludlu məlumat verib.

“Polislər Zeytun kənd özəyinin 5 fəalını saxlayıb. Fəallar Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinə aparılıb,” o qeyd edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, həmin şəxslər karantin qaydalarını pozduqlarına görə saxlanılıb və hazırda araşdırma aparılır.

“Araşdrıma başa çatandan sonra sərbəst buraxılacaqlar,” mətbuat xidmətinin əməkdaşı qeyd edib.

Mətbuat Xidməti həmçinin bildirib ki, saxlanılanlardan yalnız bir nəfəri, Nizaməli Süleymanov Müsavat Partiyasının üzvü olduğunu bildirib.

Müsavat Partiyasının fəalı və digər dörd nəfər 12 saatadək polisdə saxlanıdlıqdan sonra bu gün sərbəst buraxılıb.

"Polislər bizi dünən axşam saat 23 radələrində saxladılar. Əvvəlcə narkoloji dispanserdə testdən keçirdilər. Bundan sonra, fevralın 15-də saat 11-də karantin rejimini bir daha pozamayacağımız ilə bağlı izahat alaraq sərbəst buraxdılar," Müsavat Partiyasının fəalı Nizaməli Süleymanov Amerikanın Səsinə deyib.

XS
SM
MD
LG