Accessibility links

Müsavat Partiyasının fəalının apellyasiya şikayəti təmin edilməyib


Yanvarın 3-də Bakı Apellyasiya Məhkəməsi Müsavat Partiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəylinin ev dustaqlığına buraxılması ilə bağlı Səbail rayon Məhkəməsinin qərarından vediyi şikayəti təmin etməyib.

Bu barədə fəalın qardaşı Vasif Sadıqbəyli bildirib. Onun sözlərinə görə, məhkəmənin başlamasına yarım saat qalmış Əbülfəz Sadıqbəylinin ailəsinə xəbər verilib.

2018-ci il noyabrın 21-də Səbail Rayon Məhkəməsi Ə.Sadıqbəyli barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələri ilə ittiham olunur.

İttihama görə, Müsavat fəalı “Nikoilbank”ın adından saxta sənəd hazırlayıb. Bildirilir ki, o, kreditlə aldığı “Niva” markalı minik avtomobilinə görə borclu qaldığı 5100 manatın ödənilməsi barədə arayışı yol polisinə təqdim edərək, avtomobili öz mülkiyyətinə keçirib, daha sonra satıb. İstintaq orqanının iddiasına görə, həmin arayış saxtadır.

Ə.Sadıqbəyli ittihamı qəbul etmir. Müdafiə tərəfi vurğulayır ki, banka pul tam ödənib və əgər arayış saxtadırsa, bunun Ə.Sadıqbəyliyə aidiyyəti yoxdur. Müsavat Partiyası da həbsin siyasi motivli olduğunu bəyan edib.

Ancaq rəsmilər ölkədə insanların siyasi əqidələrinə görə uydurma ittihamlarla həbs olunmaları ilə bağlı deyilənləri qəbul etmirlər.

Amerika İcmalı

Amerika İcmalı - 23 İyul 2021
please wait

No media source currently available

0:00 0:29:57 0:00
XS
SM
MD
LG