Accessibility links

Müsavat Partiyasının fəalının məhkəməsi davam etdirilib


Azad Həsənov və Əfqan Muxtarlı
Azad Həsənov və Əfqan Muxtarlı

Aprelin 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində Müsavat Partiyasının fəalı Azad Həsənova qarşı qaldırılan cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Prosesdə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları Elvin Kazımov və Naib Ömərov yenidən ifadə verib. Onlar Azad Həsənovun həbs olunması əməliyyatına rəhbərlik edib.

Vəkil Osman Kazımovun tələblərinə baxmayaraq, onlar Azad Həsənovun narkotik dövriyyəsi ilə mağşul olduğu haqda əməliyyat məlumatını haradan aldıqlarını deməyiblər. Polis əməkdaşları bunu əməliyyat sirrinin qorunması haqqında müddəa ilə izah edib.

Osman Kazımov qeyd edib ki, qanunla belə hallarda məhkəmə qapalı elan oluna bilər və əməliyyat sirri məhkəməyə açıqlana bilər. Vəkil məhkəmənin qapalı elan edilməsi və əməliyyat məlumatının mənbəyi haqda məlumatın verilməsi barədə vəsatət qaldırıb. Lakin məhkəmə vəsatəti təmin etməyib.

Polis əməkdaşları ifadə verərkən məhkəmə zalında gərginlik yaşanıb.

“Mənim əvəzimə həbsdə bu olmalıdır. Mənim cibimdə narkotik olmayıb. Narkotiki bunlar qoyub cibimə,” Həsənov bildirib.

Şahid polis Həsənovun əməliyyat məlumatı əsasında saxlandığını, narkotiki idarədə özünün çıxarıb stolun üstünə qoyduğunu deyib.

Bu zaman Müsavat fəalı polisin dediklərinə etiraz edib.

Məhkəmə aprelin 23-də davam etdiriləcək.

Azad Həsənov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham olunur.

O, 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədilə 2018-ci il oktyabrın 10-da Bakıya gəlib. Elə həmin gün atasının yaşadığı Hövsan qəsəbəsində Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür.

Müsavat Partiyası bəyanat verərək, onun həbsinin qurama işə söykəndiyini, siyasi motivli olduğunu bəyan edib.

Ancaq Azərbaycan rəsmiləri ölkədə insanların siyasi baxışlarına görə həbs edilməsinə dair iddiaları qəbul etmirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG