Accessibility links

Müsavat Partiyasının qərargahından oğurluq olub


Müsavat partiyasının qərargahı

Müsavat Partiyasının qərargahında avqustun 18-dən 19-a keçən gecə oğurluq olub.

Müxalifətdə olan siyasi partiyanın qərargahının pəncərələri sındırılıb və iki kondisioner oğurlanıb.

Müsavat Partiyasının başqanı Arif Hacılının Amerikanın Səsinə bildirib ki, hələlik iki kondisionerin oğurlandığı məlumdur.

"Polisə müraciət olunub. İndi burada xeyli polis əməkdaşı əməliyyat tədbirləri aparır," o qeyd edib.

Arif Hacılı şübhələndiyi hər hansı şəxslərin olmadığını deyib.

Rəsmi qurumlar hələ açıqlama verməyib.

XS
SM
MD
LG