Accessibility links

Müsavat Partiyasının qərargahından oğurluqla bağlı cinayət işi qaldırılıb


Müsavat Partiyasının qərargahından oğurluqla bağlı Bakının Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsində cinayət işi qaldırılıb. Polis bölməsinin əməkdaşları partiya qərargahına gələrək baxış keçiriblər.

Bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə bildirib.

Partiya sədri qərargahdan oğurluq edənlərin tutulub-tutulmaması ilə bağlı məlumata malik deyil.

“Avqustun 24-də Müsavat Partiyasının qərargahının məsul əməkdaşları istintaqla bağlı polis bölməsinə dəvət edilib. Yəqin onlara detallı məlumat veriləcək,” o qeyd edib.

Arif Hacılının sözlərinə görə, oğurluq hadisəsi avqustun 18-dən 19-na keçən gecə baş verib.

“Partiya qərargahının 3 pəncərəsi sındırılıb, iki kondisioner oğurlanıb. Hələlik bunları müəyyən edə bilmişik. Hazırda partiya normal rejimdə fəaliyyətini davam etdirir. Qırılmış pəncərələri təmir etdirmişik,” Müsavat Partiyasının başqanı bildirib.

Öz növbəsaində, Bakının Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsindən Amerikanın Səsinə bildiriblər ki, hazırda araşdırma davam etdirilir.

XS
SM
MD
LG