Accessibility links

Müsavat Partiyasının Zaqatalada konfrans keçirməsinə imkan verilməyib


Müsavat Partiyası piket keçirib-03.11.2017
Müsavat Partiyası piket keçirib-03.11.2017

Mayın 25-də Zaqatala rayonunda (Bakıdan 430 kilometr şimal-qərb) Müsavat Partiyası Zaqaitala Rayon Təşkilatının növbəti qurultaya hazırlıqla konfansını keçirilməsinə polis imkan verməyib.

Bu barədə Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Gülağa Aslanlı bildirib.

O deyib ki, konfrans Müsavat Partiyasının sədri Arif Hacılının Tala kəndindəki ata evundə keçirilməli idi: "Rayon Polis Şöbəsinin rəisi istisna olmaqla 20 nəfərə qədər polis əməkdaşı evin həyətinə daxil oldu. Bizə bildirdilər ki, rayon icra hakimiyyətindən icazə alınmadığına görə, konfransın keçirilməsinə icazə verilməyəcək. Biz də izah etdik ki, bu tələb qanunda və ya Konstitusiyada nəzərdə tutulmur, ona görə də qanunsuzdur. Buna baxmayaraq polisəməkdaşlarımüdaxiləyə son qoymadılar və tədbir baş tutmadı," o qeyd edib.

Gülağa Aslanlı deyib ki, partiya fəalları müxtəlif rayonlarda polis müdaxiləsilə üzləşib. Amma Zaqataladakı kimi kobud müdaxilə heç yerdə baş verməyib.

Onun sözlərinə görə, tədbirin baş tutmamasına baxmayaraq polis əməkdaşları onlara hətta Zaqatalada oturub nahar etməyi də qadağan edib.

Aslanlının fikrincə, baş verənlər hakimiyyətin durumunun ağır olmasından xəbər verir: "Bir tərəfdən cəmiyyət fəallaşır, digər tərəfdən Müsavat Partiyası başqanı ABŞ-da görüşlər keçirir, ona görə də hətta 20-25 nəfər vətəndaşın bir yerə toplanması belə hakmiyyəti narahat edir,"o qeyd edib.

Müsavat Partiyası IX qurultayına hazırlaşır. Qurultaya nümayəndələrin seçilməsi ilə bağı rayon təşkilatlarının konfransları keçirilir.

Konfranslar başa çatdıqdan, qurultay nümayəndələri seçildikdən sonra qurultayın vaxtı müəyyən olunacaq.

2014-cü ildə partiyanın VIII qurultayında Arif Hacılı Müsavat Partiyasının başqanı seçilib.

XS
SM
MD
LG