Accessibility links

Müsavat Partiyası Gənclər Təşkilatının sədri həbs edilib


Müsavat Patiyası Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli həbs olunub. Bu barədə Müsavat Partiyası məlumat yayıb.

Məlumatda deyilir ki, Bakının Səbail Rayon Məhkəməsi Sadıqbəyli barədə 3 aylıq həbs-qətimkan tədbiri seçib.

Müsavat Partiyasının başqanı Arif Hacılı Əbülfəz Sadıqbəylinin qondarma ittihamla həbs edildiyini bildirib.

Əbülfəz Sadıqbəylinin həbsi siyasi fəaliyyəti ilə bağlıdır

“Aldığım ilkin məlumata görə, Əbülfəz Sadıqbəyli bir-neçə il bundan əvvəl alınmış və haqqı “Nikoyl” banka ödənilmiş avtomobillə bağlı qaldırılmış cinayət işi ilə əlaqədar həbs edilib. Avtomobilin kredit haqqının ödənilməsi barədə bank sənədləri var. İstintaq zamanı bildirilib ki, bank tərəfindən bu sənədlər verilərkən saxtakarlığa yol verilib. Bank tərəfindən belə saxtakarlıq halları kütləvi xarakter alıb. Əbülfəz Sadıqbəyli bu işdə şahid kimi dindirilib. Onun Müsavat Gənclər Təşkilatının sədri olduğu istintaqa bəlli olduqdan sonra işin ona qarşı yönəldilməsinə cəhd edilir”, Hacılı qeyd edib.

Müsavat başqanı hesab edir ki, Sadıqbəyliyə qarşı irəli sürülən ittiham absurddur.

“Əbülfəz Sadıqbəylinin həbsi siyasi fəaliyyəti ilə bağlıdır. Hakimiyyətin Müsavat Partiyasına qarşı apardığı qanunazidd fəaliyyətin davamıdır. Müsavat Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli dərhal azad edilməlidir”, Hacılı bildirib.

Rəsmi qurumlar Sadıqbəylinin həbsinin səbəbləri ilə bağlı hələ açıqlama verməyib.

XS
SM
MD
LG