Müstəqil ekspertlərdən ibarət bir qrup ABŞ tənzimləyicilərinin Boeing 737-MAX 8 təyyarələrinin qəzaya uğramasından sonra təyyarələrin uçmaq üçün təhlükəsiz olduğunu necə təsdiq etdiklərini təhqiq edəcək.
Federal Aviasiya Administrasiyası bildirir ki, onlar heç vaxt şirkətlərə "özlərini nizamlamalarına və ya təyyarələrini özlərinin sertifikatlaşdırmalarına" icazə verməyib.
Bu təhqiqat Boeing 737-MAX 8 təyyarəsinin iki həftə öncə Efiopiyada, oktyabr ayında isə İndoneziyada qəzaya uğramasından sonraya təsadüf edib.
Təhqiqatçılar qəzalara təyyarənin havada ilişib qalmasının qarşısını almaq üçün burnunu aşağı salan manevr sisteminin səbəb olduğundan şübhələnir.
Boeing problemi həll etmək üçün yeni softveyr üzərində işləməyə başlayıb.
Dünya boyu hava yolları şirkətləri MAX 8-dən istifadəni hər iki qəzayla bağlı istintaq bitənədək təxirə salıb.
Boeing çərşənbə günü bir qrup pilot, texnik və federal tənzimləyicilərə MAX 8-dən istifadənin bərpası üçün hansı addımlar atdığına dair məlumat verəcək.