Accessibility links

ABŞ-da Müstəqillik Günü qeyd edilir


Bu gün ABŞ Müstəqillik Gününü qeyd edir. Ölkə boyu amerikalılar Britaniyadan ayrılmalarının 242-ci ildönümünü pikniklər, paradlar və atəşfəşanlıqlarla qeyd edir.

ABŞ prezidenti Donald Tramp və onun həyat yoldaşı Melania Tramp Ağ Evdə hərbçilərin ailələri ilə bu günü qeyd edir.

İyulun 4-dü Müstəqillik Gününün qeyd edilməsinə Vaşinqton şəhərində Milli Arxivlər binasının pillələrində ənənəvi olaraq İstiqlal Bəyannaməsinin oxunması da daxildir.

Sənədin əsli binanın içərisində ABŞ Konstitusiyası və ABŞ Konstitusiyasına ilk on dəyişikliklə yanaşı ictimaiyyət üçün nümayişə qoyulub.

Sənədin oxunmasından bir qədər sonra minlərlə insanın iştirak etdiyi parad Konstitusiya prospektində yerlşən bu binanın qarşısından başlayaraq qərb istiqamətində 10 kvartal davam edir və Ağ Evlə ilk ABŞ prezidenti Corc Vaşinqtonun şərəfinə ucaldılmış abidənin önündən keçdikdən sonra bitir.

Müstəqillik Günü, həmçinin Vaşinqton şəhərinin Kapitoli binası önündə The Beach Boys, Chita Rivera, Andy Grammer, The Temptations, CeCe Winans, Milli Simfonik Orkestri və digərlərinin də iştirak etdiyi konsertlərlə müşayiət olunacaq.

Mərasim gün batandan sonra böyük atəşfəşanlıqlarla tamamlanacaq.

XS
SM
MD
LG