Accessibility links

Müttəfiq qüvvələrin nasist Almaniyasına qarşı birgə əməliyyatından 75 il ötür


Dünya liderləri çərşənbə günü İngiltərənin cənub Portsmut şəhərində D (The Day of the Operation - Əməliyyat Günü-red.) gününün 75-ci ildönümü bir araya gəlib.

Mərasimə kraliça Elizabet, Fransa prezidenti Emmanuel Makron, Kanadanın baş naziri Castin Trudo, Avstraliyanın baş naziri Skot Morrison, Almaniya kansleri Angela Merkel, Hollandiyanın baş naziri Mark Rutte və digər 10 dövlətin liderləri qatılıb.

İkinci Dünya Müharibəsinin başa çatmasına yardım edən həmin gün dünya tarixində dənizdən edilən ən böyük hücum hesab edilir.

1944-cü ilin iyun ayının 6-da 150 min əsgərdən ibarət müttəfiq qüvvələri hava, dəniz və qurudan Normandiyaya hücum edərək, Qərbi Avropanın nasist işğalından azad edilməsi prosesinə start verilib.

Müttəfiq qüvvələrin Normandiya sahillərində əsas desant çıxarma əməliyyatı zamanı 7 min gəmi Fransa sahillərinin 80 km-lik ərazisinə yerləşdirilib. Tərəflər minlərlə itki verib.

XS
SM
MD
LG