Accessibility links

Müxalifət liderinin qızının şəxsi həyatı ilə bağlı videolara etiraz edən şəxs istintaqa cəlb olunub


Elvar Xəlilov
Elvar Xəlilov

Bir neçə gün əvvəl Milli Şuranın sədri Cəmil Həsənlinin qızının şəxsi həyatı ilə bağlı sosial şəbəkələrdə yayılan videolara etiraz olaraq iqtidarda olan Yeni Azərbaycan Partiyasından istefa verən Elvar Xəlilov təzyiq və təhdidlərlə üzləşdiyini bildirib.

Xəlilov ona qarşı cinayət işi qaldırıldığını iddia edir.

“Yeni Azərbaycan Partiasından istefa vedikdən sonra mənə müxtəlif yerlərdən zənglər olub, təhdidlər, təzyiqlər edilib. Bunlara əhəmiyyət verməmişəm, çünki haqqın yolundayam. İnidyədək YAP-dan başqa heç bir partiyanın üzvü olmamışam. Müxalifətdə olmamışam. Mən tənqidçiyəm. Təxminən iki gün bundan qabaq mənə Amerika nömrəsi idi, zəng gəlmişdi. Hədələdilər ki, övladların var, yol ilə gedəndə səni qəflətən maşın vura bilər. Dedim, bəli Oqtay Gülalıyevi (hüquq müdafiəçisi-red.) maşınla vurdular. Ola bilər. Mən sığortalanmamışam. Bəli, mənim insan kimi hüquqlarım yoxdur. Bunu bilirəm,” o qeyd edib.

Elvar Xəlilovun sözlərinə görə, aprelin 13-də ona Bakının Səbail rayon Polis İdarəsindən zəng edib barəsində cinayət işi olduğunu bildiriblər.

“Sual etdim, cinayət işi nə ilə bağlıdır? Dedilər 2016-cı ildə Gürcüstanda kommersiya fəaliyyəti ilə məşğul olanda birgə sahibkarlıq fəaliyyəti göstərdiyim şəxs məndən şikayət edib. İndi 2021-ci ildir. Əvvəla, o məsələyə baxılıb. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq aparılıb. Məni çağırıb xahiş ediblər ki, bu məsələni ictimailəşdirməyim. Bir səhvdir olub, üzr istəyiblər. Rayon prokuroru, polis rəisi səviyyəsində üzr istənilib. İstintaq şöbəsinin rəisi barəsində cinayət işi başlanılıb. Barəmdə cinayət işini o zaman keçmiş Milli Təhlükəsizlik Nazirliyində işləyən bir generalın oğlu başlamışdı. Biliblər ki, Gürcüstanda bizneslə məşğulam, məndən pul almaq olar. Tbilisidə ABŞ səfirliyi ilə üzbəüz dörd mərtəbəli binanın 70 faizi hazır olanda biznes ortağım deyib ki, mən burada xeyir görmürəm və çıxıb Azərbaycana gəlib. Fikirləşiblər nə etmək olar? Mənə qarşı cinayət işi açıblar ki, guya pul almışam, mənimsəmişəm. Bu zaman mən ortağımın işi yarımçıq qoyub gəlməsi barədə Gürcüstan dövlətinin təhvil-təslim aktını istintaqa təqdim etmişəm. Onun ziyanını da mən ödəmişəm. İndi bu olmasa belə, mənə qarşı nə isə olacağı gözləniləndir. Nə qədər ictimai fəallar şərlənib tutulub,” o qeyd edib.

Elvar Xəlilov deyib ki, barəsində olan cinayət işi onu narahat etmir.

“Məni narahat edən insanlara edilən qanunsuzluqlara qarşı cəmiyyətimizin susqunluğudur,” o bildirib.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Xəlilovla bağlı istintaq hərəkətlərinin onun siyasi baxışları ilə bağlı olmadığını bildirib.

O deyib ki, 2017-ci ildə Xəlilovun ailəsi zərərçəkmiş tərəfə dəymiş ziyanı ödəmək öhdəliyi götürdüyünə görə cinayət işinə xitam verilib. Bu öhdəliyə əməl edilmədiyindən zərərçəkən yenidən şikayətçi olub.

Elvar Xəlilovun istintaqa cəlb edilməsi onun Milli Şuranın sədri Cəmil Həsənlinin qızının şəxsi həyatı ilə bağlı sosial şəbəkələrdə yayılan videolara etiraz olaraq Yeni Azərbaycan Partiyasından istefasından sonraya təsadüf edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG