Accessibility links

Müxalifət liderləri Rəsulzadə irsinin qalib gələcəyinə inanır


Məhəmməd Əmin Rəsulzadə
Məhəmməd Əmin Rəsulzadə

31 yanvar Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür. O, 20-ci əsrin əvvəllərində Azərbaycan milli istiqlal hərəkatına başçılıq edib. Rəsulzadənin "Bir kərə yüksələn bayraq, bir daha enməz!" “İnsanlara hürriyyət, millətlərə istiqlal!” ifadələri Azərbaycanda müstəqillik hərəkatının əsas şüarı olub. Həmin şüarlar bu gün də aktualdır.

Məhəmməd Əmin Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub. Onun 135 illiyi münasibətilə Azərbaycan müxalifəti onun doğma kəndi Novxanıdakı abidəsi önündə mitinq keçirib.

Mitinq zamanı müxalifət liderləri Məmməd Əmin Rəsulzadə irsi və hazırki iqtidarın bu irsə münasibəti ilə bağlı Amerikanın Səsinin suallarına cavab verib.

Cəmil Həsənli: “Rəsulzadə dünyaya demokratiya örnəyi verib”

Milli Şuranın sədri Cəmil Həsənli Amerikanın Səsinə bildirib ki, bu gün xalqın milli taleyində və tarixində önəmli gündür.

Cəmil Həsənli: “Rəsulzadə dünyaya demokratiya örnəyi verib”
please wait

No media source currently available

0:00 0:01:13 0:00

“Bütün millətimizi təbrik edirəm. İstiqlalımızın qurucusu və ideoloqu, millətimizin öndəru Rəsulzadənin 135-ci doğum günüdür. Bütün millət fəxr etməlidir ki, onun taleyində və tarixində bu cür işıqlı bir adam olub, bu cür böyük lider olub, bu cür böyük öndər olub. Rəsulzadə dünyaya demokratiya, çağdaşlıq örnəyi verib.

Bu cümhuriyyət dəyərlərini, Rəsulzadənin ideyalarını millətin qəlbindən çıxarmağa çalışırlar.

Bu gün Rəsulzadənin qurduğu məmləkətdə ailə-klan rejimi qurmğa cəhd göstərirlər. Bu cümhuriyyət dəyərlərini, Rəsulzadənin ideyalarını millətin qəlbindən çıxarmağa çalışırlar. Bu mümkün olan deyil. Sovet hökuməti 70 il Rəsulzadəyə qarşı mübarizə apardı, məğlub oldu. İlham Əliyev rejimi də məğlub olacaq,” Həsənli qeyd edib.

Əli Kərimli: “Rəsulzadə qəlblərdədir, Azərbaycan durduqca Rəsulzadə də duracaq”

AXCP sədri Əli Kərimli Məhəmməd Əmin Rəsulzadəyə Azərbaycan hökumətinin münasibətini `yarıtmaz, qısqanc, gözügötürməz` adlandırıb.

Əli Kərimli: “Rəsulzadə qəlblərdədir, Azərbaycan durduqca Rəsulzadə də duracaq”
please wait

No media source currently available

0:00 0:01:06 0:00

“Rəsulzadənin adının varlığı bunlara dünyanı dar edib. Onlara göstərir ki, Azərbaycanı sevərək, çirkaba bulaşmadan Azərbaycan üçün yaşamaq, siyasət aparmaq ola bilərmiş. Ailə üçün yox, millət üçün yaşamaq ola bilərmiş. Rəsulzadə nümunəsi dünyanı onların başlarına dar edib. Ona görə də qısqanırlar, heykəlinə imkan vermirlər.

Utanmadan Rəsilzadənin qurduğu məmləkətin sərvətlətini talan edirlər. Amma, Rəsulzadəni unutdurmağa çalışırlar.

Bu gün `Azadlıq` metro stansiyasının qarşısında polislər Novxanıya ziyarətə gəlmək istəyən insanlara imkan verməyib, maneələr yaradıb. Burada da bir neçə dəfə işıqları kəsdilər. Utanmadan Rəsulzadənin qurduğu məmləkətin sərvətlərini talan edirlər. Amma, Rəsulzadəni unutdurmağa çalışırlar. Bacarmazlar. Rəsulzadə qəlblərdədir. Azərbaycan durduqca Rəsulzadə də duracaq.

İsa Qəmbər: “Rəsulzadənin dəyərləri bu hakimiyyətə yaddır”

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bildirib ki, bu gün minlərlə insan, müsavatçılar, müsavat alovunu ürəyində gəzdirən insanlar Rəsulzadə dühasına sayğılarını, hörmətlərini ifadə edir.

İsa Qəmbər: “Rəsulzadənin dəyərləri bu hakimiyyətə yaddır”
please wait

No media source currently available

0:00 0:01:19 0:00

“Eyni zamanda hakimiyyətin bu dəyərlərə nə qədər yad olduğunu burada biz söylədik. İki misalı mən gətirdim. Biri Rəsulzadənin heykəlidir ki, bu günə qədər yüksəldilmir. Hətta hazır heykəl də var.

Məhəmməd Əmin Rəsulzadənin adının Bakı Dövlət Universititinə bərpa edilməsi zəruridir.

Memar Ömər Eldarovun emalatxanasında 1994-cü ildə gördüyümüz çox gözəl bir heykəl var. Bu heykəl bu günədək ucaldılmır. Məhəmməd Əmin Rəsulzadənin adının Bakı Dövlət Universitetinə bərpa edilməsi zəruridir. Universitetin 100 illiyi də, bu il olacaq. Bu da əlavə bir əsasdır ki, bu addım atılsın. Eyni zamanda biz təklif etdik ki, Diplomatiya Akademiyasına da Əlimərdan bəy Topçubaşovun adını versinlər, Gəncə universitetlərindən birinə Nəsib bəy Yusifbəyovun adını versinlər. Yəni bütün bunları etmək olar. Etməyəcəklərsə, bunu biz edəcəyik,” Qəmbər qeyd edib.

XS
SM
MD
LG