Accessibility links

Müxalifət Rəsulzadənin doğum gününü qeyd edib


Müxalifət Məhəmməd Əmin Rəsulzadənin ad gününü qeyd edib
please wait

No media source currently available

0:00 0:04:27 0:00

Müxalifət Məhəmməd Əmin Rəsulzadənin ad gününü qeyd edib

Müsavat Partiyası və Milli Şura Novxanıda mitinq keçirib

Yanvarın 31-də Məhəmməd Əmin Rəsulzadənin ad günündə müxalifətdə olan Müsavat Partiyası və Milli Şura onun anadan olduğu Bakının Novxanı qəsəbəsindəki abidəsi önündə ayrı-ayrılıqda mitinq keçirib.

Müsavat Partiyası Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə mitinq edir
Müsavat Partiyası Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə mitinq edir

Müsavat lideri Arif Hacılı Rəsulzadənin təkcə Azərbaycan tarixində deyil, həm də Orta Şərqin bir çox xalqlarının azadlığa nail olmasında böyük rolu olduğunu qeyd edib.

Rəsulzadənin əsas xidmətlərindən biri onun 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra boş dayanmayıb, qalan həyatını xaricdə siyasi mühacirətin və mübarizə qabiliyyətli diasporanın formalaşmasına həsr etməsi olub.

Müsavat Partiyası Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə mitinq keçirir
Müsavat Partiyası Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə mitinq keçirir

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri,Müsavat Partiyasının keçmiş başqanı İsa QəmbərRəsulzadə şəxsiyyətini Azərbaycan tarixində "həlledici" adlandırıb.

Məhz Rəsulzadənin dövründə dünya xəritəsində gerbi və bayrağı olan müasir Azərbaycan peyda olub.

İsa Qəmbər indidki Azərbaycan hakimiyyətini Rəsulzadənin xidmətlərinə məhəl qoymamaqda və onun adını unutdurmaqda ittiham edib. Nümunə kimi o, Rəsulzadənin hələ 1993-cü ildə yaradılmış və indiyədək heykəltəraş Ömər Eldarovun emalatxanasında saxlanılan abidəsini xatırladıb.

"25 ildir bu abidə həbs altındadır. Hakimiyyət yüzlərlə fərqli abidələrin quraşdırılması üçün yer tapır, amma müstəqil Azərbaycanın banisinin abidəsi üçün yer yoxdur. Biz bu abidənin və bütün siyasi məhbusların azad edilməsini və bu abidənin layiqli yerdə quraşdırılmasını tələb edirik", İsa Qəmbər bildir

Milli Şura Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə mitinq edir
Milli Şura Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə mitinq edir

Çıxışlarda həmçinin Bakı Dövlət Universiteteinə Rəsulzadəınin, Azərbaycan Diplomatik Akademiyasına Əlimərdan bəy Topçubaşovun və Gəncə universitetlərindən birinə Nəsib bəy Yusifbəylinin adının verilməsi məsələləri qaldırılıb.

Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli hakimiyyətin siyasətini kəskin tənqid edərək deyib ki, indiki rejim Rəsulzadə və onun tərəfdarlarının qurduğu Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dəyərlərini pozaraq korrupsiyaya bulaşıb.

Buna misal kimi Korrupsiya Qavrama İndeksində Azərbaycanın beynəlxalq reytinqinin 180 ölkə arasında 152-ci yerdə olduğunu göstərib.

Əli Kərimli Milli Şuranın Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə çıxış edir
Əli Kərimli Milli Şuranın Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə çıxış edir

“Hakimiyyət pensiyaçılar, tələbələr, veterenlar və əlillərdən oğurlayaraq özünü zənginləşdirməklə məşğuldur. Ölkənin təbii sərvətlərinə baxmayaraq, əhalinin mühüm hissəsi yoxsulluq içindədir,” o qeyd edib.

AXCP lideri Əli Kərimli də korrupsiya, insan hüquqlarının pozulmasına və özbaşınalığa görə hakimiyyəti kəskin tənqid edib.

O, hakimiyyətin Rəsulzadənin xatırəsinə qısqanclıqla yanaşdığını deyib.

"Onlar hər vəchlə Rəsulzadəni unutdurmağa çalışırlar. Çünki Vətənə düzgün, vicdanlı, təmənnasız xidmət korrupsiya, xalqın sərvətinin talanması üzərində qurulmuş bu rejimi ifşa edir," Kərimli bildirib.

Müxaliftə liderlərinin çıxışları zamanı iqtidarın kəskin təniqid hissələrində vaxtaşırı elektrik enerjisi kəsilib, səs gücləndiricinin işi dayanıb. Buna cavab olaraq mitinq iştirakçıları "İstefa!" şüarı səsləndirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG