Accessibility links

Müxalifət partiyaları "Seçkilər: Gerçəklər və perspektivlər" mövzusunda dinləmələr keçirib


Müxalifət partiyaları "Seçkilər: Gerçəklər və perspektivlər" mövzusunda dinləmələr keçirib
Müxalifət partiyaları "Seçkilər: Gerçəklər və perspektivlər" mövzusunda dinləmələr keçirib

Dinləmələrdə qarşıdakı bələdiyyə və parlament seçkilərindən danışılıb

Azərbaycanda davamlı stabilliyə, gerçək inkişafa nail olmaq üçün hakimiyyətin xalqın iradəsinə əsaslanan demokratik seçkilər yolu ilə formalaşdırılması zəruridir. Bu il ölkədə bələdiyyə seçkiləri, 2020-ci ildə parlament seçkiləri keçiriləcək.

Müxalifət partiyaları "Seçkilər: Gerçəklər və perspektivlər" mövzusunda dinləmələr keçirib
please wait

No media source currently available

0:00 0:02:34 0:00

Sentyabrın 6-da Müsavat Partiyasının təşəbbüsü ilə "Seçkilər: Gerçəklər və perspektivlər" mövzusunda kerçirilən dinləmələrin əsas leytmotivi belə olub.

Müzakirələrdə əsasən Müsavat, Xalq Cəbhəsi (AXCP), Respublikaçı Alternativ (ReAL) partiyaları, ictimai təşkilatlar, ekspertlər iştirak edib.

Arif Hacılı çıxış edərkən
Arif Hacılı çıxış edərkən

“Azad və ədalətli seçkilər yalnız seçkiqabağı demokratik mühit, belə seçkilərin keçirilməsinə imkan verən seçki qanunvericiliyi, bərabər hüquqlu siyasi rəqabət şəraitində mümkündür,” Müsavat Partiyasının başqanı Arif Hacılı qeyd edib.

Azad və ədalətli seçkilər yalnız seçkiqabağı demokratik mühitdə, bərabər hüquqlu siyasi rəqabət şəraitində mümkündür.
Arif Hacılı, Müsavat Partiyasının başqanı


Müsavat başqanı eyni zamanda bildirib ki, hazırki siyasi hakimiyyət seçkiləri saxtalaşdırır, hakimiyyəti qəsb edib.

“Bu hakimiyyət özlərinin qəbul etdiyi konstitusiyaya, beynəlxalq öhdəliklərə belə əməl etmir. Demokratik qüvvələr hakimiyyəti demokratik seçkilər keçirməyə məcbur etməlidir,” o qeyd edib.

Nurəddin Məmmədli
Nurəddin Məmmədli

AXCP Ali Məclisinin sədri Nurəddin Məmmədli bildirib ki, təmsil etdiyi partiya demokratik seçki mühitinin yaradılması üçün ölkədəki demokratik qüvvələlrə birgə mübarizə aparmağa hazırdır.

Əsas vəzifəmiz zorakı fəaliyyətlərin qarşısını almaqla təşkilatlanaraq iqtidarı demokratik seçki mühiti yaratmağa məcbur etməkdir. Bu məqbul yolu artıq Gürcüstan, Ukrayna, Tunis, Ermənistan keçib,
Nurəddin Məmmədli, AXCP Ali Məclisinin sədri


“Azərbaycanda seçkilərin taleyini xalqın iradəsi yox, seçki komissiyaları həll edir. Hazırda ölkədə mövcud qanunvericilik demokratik seçki keçirməyə imkan vermir, bütün seçki komissiyaları iqtidarın nəzarətindədir. Belə bir şəraitdə əsas vəzifəmiz zorakı fəaliyyətlərin qarşısını almaqla təşkilatlanaraq iqtidarı demokratik seçki mühiti yaratmağa məcbur etməkdir. Bu məqbul yolu artıq Gürcüstan, Ukrayna, Tunis, Ermənistan keçib,” o qeyd edib.

Məmmədli seçkilərin boykotu ilə bağlı səslənən fikirlərin AXCP və Milli Şuraya qarşı təbliğat olduğunu deyib.

“Bizi seçkiləri boykot edən təşkilat kimi təbliğ edirlər. Seçkilərin boykotu məsələsi AXCP və Milli Şurada müzakirə olunmur. AXCP-nin strategiyası qeyri-zorakı yolla mübarizə aparıb hakimiyyəti demokratik seçkilərə məcbur etməkdir,” AXCP Ali Məclisnin sədri bəyan edib.

Natiq Cəfərli
Natiq Cəfərli

ReAL Partiyasının icra katibi Natiq Cəfərli partiyasının mövqeyindən danışarkən bildirib ki, insanların seçkilərə inamını qaytarmaq lazımdır.

Əgər illər boyu yüz min insanı meydanlara çıxara bilmiriksə, ağıllı səsvermə strategiyası hazırlamalıyıq. Biz seçki institutlarını bərpa edib, insanların seçkiyə gəlməsinə nail olmalıyıq.
Natiq Cəfərli, ReAl Partiyasının icra katibi


“Hakimiyyət seçki qanunvericiliyini dəyişməyəcək, referendum keçirib konstitusiyaya proporsional seçki sistemi ilə bağlı müddəa salmayacaq, demokratik seçkilər keçirməyəcək. Biz bu halda nə edəcəyik? Bu halda biz insanların seçkiyə, səsverməyə inamını qaytarmalıyıq. Hər halda mitinqə getməkdən, seçki məntəqəsinə gedib səs vermək daha təhlükəsizdir. Əgər illər boyu yüz min insanı meydanlara çıxara bilmiriksə, ağıllı səsvermə strategiyası hazırlamalıyıq. Biz seçki institutlarını bərpa edib, insanların seçkiyə gəlməsinə nail olmalıyıq”, o qeyd edib.

Müxalifət partiyaları "Seçkilər: Gerçəklər və perspektivlər" mövzusunda dinləmələr keçirib
Müxalifət partiyaları "Seçkilər: Gerçəklər və perspektivlər" mövzusunda dinləmələr keçirib

Dəyirmi masa iştirakçıları fundamental insan hüquqlarının bərpa edilməsi, bərabərhüquqlu siyasi rəqabətin yaradılması, proporsional seçkinin bərpası, parlament üzvlərinin sayının yarısının majoritar, yarısının proporsional dairələrdən seçilməklə 201 nəfərədək artırılması (parlamet hazırda majoritar yolla seçilmiş 125 deputatdan ibarətdir-red), seçki komissiyalarının tərkibinin Avropa Şurası Venesiya Komissiyasının tövsiyələrinə uyğun formalaşdırılması, bələdiyyələrə gerçək özünüidarə səlahiyyəti verilməsi, şəhər ümumi bələdiyyələrinin yaradılması, şəhər bələdiyyələrinin başqanlarının birbaşa seçkilərlə seçilməsi təklifləri ilə çıxış edib.

Çıxışlarda həmçinin seçkilərdə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzun müddətli və qısa müddətli müşahidəçilərinin müşahidəsi vacib sayılıb.

Öz növbəsində rəsmi Bakı hakimiyyətin qəsb edilməsi və azad seçkilərin keçirilməməsi ilə bağlı iddiaları qəbul etmir. Dövlət rəsmiləri seçkilərin azad və demokratik şəraitdı keçirildiyini, hakimiyyətin xalqın iradəsi ilə keçirilən səsvermənin nəticələrinə uyğun formalaşdırıldığını bəyan edir.

Bununla yanaşı, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyaları son illərdə Azərbaycanda keçirlən seçkilərin ATƏT standartlarına uyğun olmadığını, bu qurumun tövsiyyələrinin nzərə alınmadığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG