Accessibility links

Müxalifət tərəfdarlarının maşın karvanı Telaviyə buraxılmır


Gürcüstan polisi müxalifət tərəfdarlarının maşın karvanını Telaviyə buraxmır. Polis qüvvələri yolu avtobuslarla bağlayıblar.

Bu barədə AzadlıqRadiosunun gürcü xidməti xəbər verir.

Dekabrın 16-da Telavidə Gürcüstanın yeni prezidenti Salome Zurabişvilinin andiçmə mərasimi keçirilir.

“Güc birlikdədir” müxalifət birləşməsinin tərəfdarları bildirib ki, başqa bir yolla olsa da Telaviyə gedəcəklər.

“Kimsə izah edə bilərmi Telaviyə gedən yolu hansı haqla bağlayıblar? Bu karvan kimə mane olur? İstənilən halda biz Telaviyə gedəcəyik”, Zaal Udumaşvili deyib.

Hüquq-mühavizə orqanları isə bildiriblər ki, aksiyaçılar Kvareli yoluna keçə bilərlər.

Onların sözlərinə görə, müxalifətin hərəkət etdiyi Velistsixe yolu təhlükəsizlik baxımından bağlanıb.

Müxalifətin nümayəndəsi Nika Meliya isə polis patrulunun rəisi Temur Kupatadzeni kriminal və korrupsiyaçı adlandırıb və bu vaxt qarışıqlıq və qarşıdurma yaranıb.

Polis müxalifətin qarşısını Qurcaanidə kəsib.

“Rustavi-2” televiziya kanalının mıəlumatına görə, Qurcaaniyə böyük sayda polis əməkdaşı və təhlükəsizlik qüvvələri cəmləşdirilib.

Müxalifət qüvvələri prezidentin andiçmə mərasimi zamanı Telavidə etiraz aksiyası keçirməyi planlaşdırır. Onlar bu mitinq barədə hələ bir neçə gün əvvəl məlumat yayıb. Müxalifət hakimiyyəti seçkinin nəticələrini saxtalaşdırmaqda günahlandırır, hakimiyyət ittihamı rədd edir.

Noyabrın 29-da Gürcüstanda keçirilən keçirilən prezident seçkisində hakim “Gürcü arzusu” partiyasının dəstəklədiyi namizəd Salome Zurabişvili qalib gəlib.

Seçkidə onun rəqibi, keçmiş prezident Mikheil Saakaşvilinin tərəfdarı Qriqol Vaşadze idi.

XS
SM
MD
LG