Accessibility links

Müxalif siyasi partiyalar seçkilərin “xalqın iradəsini əks etdirmədiyini” bildirir


Parlament seçkiləri
Parlament seçkiləri

Müxalif siyasi partiyaların liderlərinin müsahibələrini təqdim edirik

Seçkilərin ilkin nəticələri

Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb.

MSK-nin məlumatına əsasən, Yeni Azərbaycan Partiyası 65 yer qazanaraq parlamentdə əksəriyyət təşkil edəcək. 40 mandatı müstəqil namizədlər qazanıb. Vətəndaş Həmrəyliyi Partiyasından 3, Vətən, Demokratik İslahatlar, Vətəndaş Birliyi, Vəhdət, Vahid Azərbaycan Xalq Cəbhəsi, Demokratik Maarifçilik, Böyük Quruluş partiyalarının hər birindən bir namizəd deputat seçilib.

Seçki qutusu
Seçki qutusu

Müxalif Respublikaçı Alternativ Partiyasının üzvü Erkin Qədirli də parlamentə seçilib. Amma partiya rəsmi qeydiyyatdan keçmədiyinə görə o, müstəqil namizədlər kateqoriyasındadır.

7 dairə üzrə nəticələr yaxın saatlarda elan ediləcək. Söhbət 17 saylı Yasamal üçüncü, 35 saylı Xətai üçüncü, 42 saylı Sumqayıt ikinci, 44 saylı Sumqayıt-Xızı, 77 saylı Astara, 123 saylı Kəlbəcər və 125 saylı Zəngilan-Qubadlı seçki dairələrindən gedir.

Müxalifətdə olan siyasi partiyalar seçkilərin nəticələrinin xalqın iradəsini əks etdirmədiyini bildirir. Bununla yanaşı, Mərkəzi Seçki Komissiyası seçkilərin azad və demokratik mühitdə keçirildiyini, seçkilərin nəticələrinə təsir edəcək qanun pozuntularının qeydə alınmadığını bəyan edib.

Müxalifətdə olan siyasi partiyaların liderlərinin Amerikanın Səsinə müsahibələrini təqdim edirik.

İqbal Ağazadə
İqbal Ağazadə

İqbal Ağazadə: Bu parlament xalqın iradəsini əks etdirmir

“Seçkinin ilkin nəticələri qeyri-demokratik və xalqın iradəsini əks etdirməyən nəticələrdir.”

Bu barədə Amerikanın Səsinə müsahibəsində Ümid Partiyasının sədri İqbal Ağazadə bilıdirib.

İqbal Ağazadə: Bu parlament xalqın iradəsini əks etdirmir
please wait

No media source currently available

0:00 0:01:45 0:00


İqbal Ağazadə 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən deputatlığa namizəddir. Bu seçki dairəsi üzrə seçkilərin nəticələri hələ elan edilməyib.

Onun sözlərinə görə, rəhbərlik etdiyi partiya 21 seçki dairəsi üzrə müşahidələr aparıb.

Bizim müşahidə etdiyimiz əksər dairələrdə ciddi qanun pzountuları olub. Bununla bağlı əlimizdə konkret faktlar, video materallar var.
İqbal Ağazadə, Ümid Partiyasının sədri

“Partiyamızın 21 seçki dairəsindən deputatlığa namizədi var idi. Apardığımız monitorinq göstərir ki, bu seçki dairələrinin hər brində ciddi pozuntular olub. Yeri gəlmişkən, bizim namizədimiz olduğu iki seçki dairəsi üzrə (35 və 44 saylı seçki dairələri) nəticələr hələ elan edilməyib. Nəticələr hələ Mərkəzi Seçki Komissiyası tərəfindən araşdırılır. Bizim müşahidə etdiyimiz əksər dairələrdə ciddi qanun pzountuları olub. Bununla bağlı əlimizdə konkret faktlar, video materallar var. Protokollar verilməyib.”

O, deputatlığa namizəd olduğu 35 saylı seçki dairəsindən danışarkən deyib ki, 35 saylı seçkii dairəsində yalnız 1-ci seçki məntəqəsinin protokolu təqdim olunub.

“Qalan 29 seçki məntəqəsinin hamısına polis basqını oldu. Bunu ATƏT-in müşahidə missiyasının, ABŞ və digər ölkələrin səfirliklərinin, beynəlxalq təşkilatların nümayəndələri də müşahidə etdi. Bizim əlimizdə seçki qutularının açılması, bülletenlərin sayılması və səslərin elan olunması ilə bağlı video materallar var. Biz gözləyirik ki, məntəqlər üzrə nəticələri elan etsinlər. Hansı məntəqə üzrə saxta nəticələr elan edəcəklərsə, o məntəqə üzrə video materialı nümayiş etdirəcəyik.”

İqbal Ağazadə hesab edir ki, seçkilərin nəticələri qeyri-demokratikdir.

“Bu parlament xalqın iradəsini ifadə etmir,” o qeyd edib.

Əli Kərimli
Əli Kərimli

Əli Kərimli: Bu seçkilər kütləvi narazılığı daha da artıracaq

“Biz, Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) olaraq əvvəlcədən də bilirdik ki, ölkədə heç bir demokratik seçki şəraiti yoxdur. Ona görə də seçkiləri boykot etmişdik.”

Bu barədə AXCP sədri Əli Kərimli Amerikanın Səsinə müsahibəsində bildirib.

Əli Kərimli: Bu seçkilər kütləvi narazılığı daha da artıracaq
please wait

No media source currently available

0:00 0:02:56 0:00

O deyib ki, Milli Şura seçkidən əvvəl minimal imkanların yaradılmasını tələb edib.

“Bu məqsədlə hökumətin qarşısında aşağıdakı tələbləri qoymuşduq. `Seçki Məcəlləsi`ndə ən zəruri dəyişikliklər edilsin. Seçki komissiyalarının tərikibi dəyişdirilsin və əvvəlki, seçkiləri saxtalaşdıran komissiyalar yenidən formalaşdırılsın. Siyasi məhbuslar azad edilsin. Sərbəst toplaşmaq və media azadlığı təmin edilsin. Tələblərimiz təmin edilmədiyinə görə seçkiləri boykot etdik.”

Əli Kərimlinin fikrincə, Milli Şuranın iştirak etmədiyi seçki kampaniyası çox sönük olub.

“Ölkə boyu heç bir böyük kampaniyalar olmadı. Seçki mitinqləri keçirilmədi. Ölkə boyu seçki kampaniyaları aparılmadı. Yalnız onadək seçki dairəsində müəyyən rəqabət mühiti və ictimai fəallıq oldu.”

AXCP sədri hesab edir ki, səsvermə günü hər cür biabırçılıq və saxtakarlıqla zəngin olub.

“Biz hamımız şahidi olduq ki, seçki qutularına topa-topa bülletenlər salındı, bütün ölkə boyu karuseldən istifadə olundu, müşahidəçilərə, məşvərətçi səs hüququ olan komissiya üzvlərinə qarşı açıq zorakılıq tətbiq olundu. Seçki saxtarkarlığına seçki komissiyalarının və xüsusilə məntəqə seçki komissiyalarının sədrləri birbaşa rəhbərlik edirdi. Seçkilərin saxtalaşdırılmasına dövlət orqanları, xüsusilə Təhsil Nazirliyinin nəzdindəki məktəblərin rəhbərliyi cəlb olunmuşdu. Polis hər yerdə saxtakarları, müşahidəçilərə qarşı zorakılıq edən komissiya üzvlərini müdafiə edirdi. Yəni, dövlət səviyyəsində bir saxtalaşdırılmanın şahidi olduq. Bu ayrı-ayrı məmurların deyil, ölkə boyu bir saxtalaşdırma idi və bütün dövlət orqanları bu saxtalaşdırmaya cəlb olunmuşdu.”

Əli Kərimlinin qənaətincə, seçkilər kütləvi saxtakarlıq şəraitində keçirilib.

Seçkilərə 12 gün qalmış hörmətli Cəmil Həsənli tərəfindən seçiləcək, başqa sözlə təyin ediləcək deputatların siyahısı elan olundu. İndi əldə olunan məlumatlar göstərir ki, Həsənlinin açıqladığı siyahı 97 faiz özünü doğruldub.
Əli Kərimli, AXCP sədri


“Əvvəlcədən gözlənildiyi kimi, seçki aktivliyi çox aşağı oldu. Bizim ilkin müşahidələrimiz 10-15 faiz aktivlik olduğu qənaətindədir. Bakı şəhərində əksər dairələrdə aktivlik 10 faizədək olub. Rəqiblərin güclü olduğu bəzi dairələrdə seşki aktivliyi 15 faizə qədər olub. MSK-nin elan etdiyi nəticələr tamamilə yalandır. İctimaiyyət bilir ki, seçkilərə 12 gün qalmış hörmətli Cəmil Həsənli tərəfindən seçiləcək, başqa sözlə təyin ediləcək deputatların siyashısı elan olundu. İndi əldə olunan məlumatlar göstərir ki, Həsənlinin açıqladığı siyahı 97 faiz özünü doğruldub.”

O bildirib ki, seçki bütövlükdə saxtakarlıq şəriatində keçirlib, xalqın iradəsini ifadə etmir.

“Bu, ölkədə kütləvi narazılığı daha da artıracaq. Hökumət bu seçkiləri keçirməklə heç nəyə nail ola bilmədi,” AXCP sədri deyib.

Arif Hacılı
Arif Hacılı

Arif Hacıl: Seçkilər azad və ədalətli olmayıb

“Seçkilər demokratik şəraitdə keçirilmədi. Demokratik seçkilərin keçirlməsi üçün qanunvericilik bazası, eyni zamanda bərabər siyasi rəqabət şəraiti mövcud deyildi. Seçkilər yüzdən çox siyasi məhbusun olduğu, sərbəst toplaşmaq, söz və ifadə azdlığının pozulduğu bir şəraitdə keçirildi.”

Bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı Amerikanın Səsinə müsahibəsində bildirib.

Arif Hacıl: Seçkilər azad və ədalətli olmayıb
please wait

No media source currently available

0:00 0:01:38 0:00

Onun fikrincə, seçki günü də çox ciddi qanun pozuntularına, saxtakarlıqlara yol verilib.

Bu seçkilər vasitəsi seçilən parlament Azərbaycan xalqının iradəsini əks etmir.
Arif Hacılı, Müsavat Partiyasının başqanı

“Seçkidə iştirak edənlərin sayı üç dəfədən çox artıq göstərildi. Müşahidəçilərin seçkiləri normal müşahidə etməsinə imkan yaradılmadı. Seçki qutuları standartlara uyğun deyildi, karusel əməliyyatı həyata keçirilirdi, dövlət resurslarından hakimiyyətin namziədlərinin xeyrinə istifadə olunurdu. Səslər sayılqdıqdan sonra nəticələrin protokollara daxil edilməsi prosedurlarını müşahidəçilərin müşahidə etməsinə əməl olunmadı. Protokollar məntəqələrdən asılmadı. Çox ciddi pozuntulardan biri protokolların sayılmasının davamlılığının təmin edilməməsidir. Bu da protokolların sonradan uydurulmuş rəqəmlər əsasında doldurulmasını təsdiq edir.”

Onun fikrincə, bütövlükdə seçkilər azad və ədalətli olmayıb.

“Bu seçkilər vasitəsi seçilən parlament Azərbaycan xalqının iradəsini əks etmir,” Müsavat başqanı qeyd edib.

Natiq Cəfərli
Natiq Cəfərli

Natiq Cəfərli: Yaranan ümidlər dünən puç oldu

“Bu günə qədər insanlarda, vətəndaşların ən azından bir qismində gələcəkdə addım-addım ölkənin dəyişməsi ilə bağlı yaranan ümidlər dünən təəssüf ki, puç oldu.”

Bu barədə ReAL Partiyasının icra katibi Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində bildirib.

Natiq Cəfərli: Yaranan ümdilər dünən puç oldu
please wait

No media source currently available

0:00 0:01:17 0:00

Onun fikrincə, cəmiyyətdə islahatlara ciddi bir xəyal qırıqlığı yaranıb.

Ən azı seçkidə iştirak edən müstəqil namizədlərin bir qismi xalqı inandırmağa çalışırdı ki seçkiyə gəlsinlər. Seçki yolu ilə ölkədə pozitiv dəyişkliyə nail olmaq mümkün olacaq. Amma seçki göstərdi ki, böyük problemlər var.
Natiq Cəfərli, ReAL Partiyasının icra katibi

“Ən azı seçkidə iştirak edən müstəqil namizədlərin bir qismi xalqı inandırmağa çalışırdı ki seçkiyə gəlsinlər. Seçki yolu ilə ölkədə pozitiv dəyişkliyə nail olmaq mümkün olacaq. Amma seçki göstərdi ki, böyük problemlər var. Xalqın böyük bir qismi seçkiyə gəlmədi. Həm də gələnlərin səsi də normal sayılmadı.”

Natiq Cəfərli 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən deputatlığa namizəddir. Ancaq onun adı MSK-nin ilkin nəticələrində qaliblər arasında yoxdur.

“Mənim namizəd olduğum seçki dairəsindən heç kimə adı məlum olmayan, hətta internet saytlarında adı belə keçməyən bir şəxsin deputat təyin olunması göstərdi ki, çox biabırçı bir seçki keçirilib,” o qeyd edib.

XS
SM
MD
LG