Accessibility links

Məşhur italiyalı dizaynerin humanist kapitalizm vizyonu


Məşhur italiyalı dizaynerin humanist kapitalizm vizyonu
please wait

No media source currently available

0:00 0:01:59 0:00

Məşhur italiyalı dizaynerin son 40 ildir işçilərinin həyatlarının və şirkətinin yerləşdiyi yerdəki ətraf mühitin keyfiyyətini artırmaq arzusu artıq reallığa çevrilib. Brunello Cucinelli fəlsəfəsini humanist kapitalizm adlandırır. O bu konsepti İtaliyanın dəbdəbəli Umbria regionunda qəragahlanan kəşmir imperiyasında tətbiq edib.

Bu, orta əsrlərə aid gözəl mənzərəli Solomeo şəhəridir. Şəhər illər ərzində Brunello Cucinelli tərəfindən tamamilə abadlaşdırılıb. O, artıq Solomeonu “ruhlar obası”adlandırır.

Mən həmişə düşünürdüm ki, gördüyü iş insanın ləyaqətidir. Bəs bu nədən irəli gəlir? Bu, mənim həyatımın kənddə keçirdiyim ilk 15 ilindən irəli gəlir
Brunello Cucinelli

Bu yaxınlarda keçirilən mətbuat konfransında Cucinelli ən böyük arzusunun insanların əl işlərini daha insani hala çevirmək olduğunu deyib.

“Mən həmişə düşünürdüm ki, gördüyü iş insanın ləyaqətidir. Bəs bu nədən irəli gəlir? Bu, mənim həyatımın kənddə keçirdiyim ilk 15 ilindən irəli gəlir”, o söyləyir.

O əlavə edib ki, gənc ikən evlərində elektrik yox idi və onun ailəsi heyvanlarla birgə torpaq becərirdi. Cucinelli deyib ki, o, ətrafındakı torpağa qayğı göstəməyin və bəşəriyyətin mənəvi və iqtisadi ləyaqəti üçün iş görməyin vacibliyini öyrənib.

Cucinellinin işçiləri ləyaqətin mövcud olduğu yerdə işləyir. Müdirlər və fabrik işçiləri bərabər hüquqlara sahibdirlər və müasir aydın bir ofisdə eyni saatlarda çalışırlar. Orada onlar Cucinellini məşhurlaşdıran kəşmir və dəri mallar hazırlayırlar.

Bundan əlavə Cucinelli şirkətin ətrafındakı landşaftı da yaxşılaşdırmağa, köhnə, sökülmüş anbarları sökməyə qərar verib. O, əraziyə günəbaxan və üzüm bağları salıb. O həmçinin Solomeoda 14-cü əsrə aid qəsri renovasiya edib və İncəsənət Teatrı inşa edib. Ən son isə əraziyə travertin mərmərdən hazırlanmış heykəl əlavə olunub.

Brunello Cucinelli bəşəriyyət üçün davamlı simvol buraxmağa qərar verib. Ona görə də “İnsan Ləyaqətinə Hədiyyə” adlı bu heykəli tiktirib.

Cucinelli heykəli Amerika, Avropa, Afrika Asiya və Okeaniyanı simvolikləşdirən beş arka ilə dizayn edib. Orta arka Afrikanı əks etdirir, çünki o deyir ki, bəşəriyyət həmin qitədə başlayıb. O, bu heykəlin min illər boyu qorunub saxlanacağına ümid edir.

XS
SM
MD
LG