Accessibility links

Məşhur Rio karnavalı qeyri-müəyyən tarixə qədər təxirə salınıb


Braziliya koronavirusla mübarizə apardığı bir vaxt Rio de Janeyro son əsrdə ilk dəfə olaraq hər il keçirilən Karnaval paradını təxirə salır. Karanavalın fevral ayında keçirilməsi planlaşdırılmışdı.

Rio-nun Samba Məktəbləri Liqası (LIESA) cümə axşamı yaydığı açıqlamada bildirib ki, koronavirusun yayılması parad və iştirakçıların gəlir mənbəyi olan tədbirlərin təhlükəsiz keçirilməsini qeyri-mümkün edib.

LIESA-nın prezidenti Xorxe Kastanheir Karnaval paradını fevral ayında təşkil etmək üçün məktəblərin vaxtı və ya maddi imkanlarının olmayacağını söyləyib.

Xorxe Kastanheir parad üçün alternativ bir tarix verməyib. Lakin paradın keçirilməsi peyvəndin hazır olması və onun effektiv olub-olmamasından asılı olacaq.

İndiyə qədər Rio şəhər rəhbərliyi Karnaval küçə partilərinin keçirilib-keçirilməyəcəyini açıqlamayıb.

Braliziya 4.6 milyondan çox yoluxma və təxminən 140 000 ölüm sayı ilə Latın Amerikasında koronavirusa yoluxmada ən yüksək görsəriciyə sahibdir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG