Accessibility links

Məcid Araz: Qeyri-fars müxalif qruplar arasında fəallıq artıb


Məcid Araz
Məcid Araz

Azərbaycan Milli Dirəniş Təşkilatının nümayəndəsi Amerikanın Səsi ilə söhbətdə son vaxtlar qeyri-fars icmalara mənsub siyasi təşkilatlar arasında birgə fəaliyyətlərin artmasını dəyərləndirib.

Məcid Araz hesab edir ki, müxalifətdəki qeyri-fars icmalara mənsub təşkilatlar arasında fəallığın artmasına səbəb İslam Respublikasının təlatümlü bir dönəmdən keçməsidir.

Məcid Araz Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:14:37 0:00

Qeyri-fars təşkilatların birlikdə hərəkət etmələri daha öncədən də var idi. Amma, son vaxtlar, bəzi yeniliklərlə bərabər bu, daha çox artıb və daha da göz önünə gəlir.

Məcid Arazın dediklərinə görə, qeyri-fars təşkilatların birlikdə hərəkət etmələri daha öncə də var idi. Amma son vaxtlar bu tendensiya daha da güclənib və nəzərə çarpmaqdadır.

İslam Respublikasına müxalif 10 siyasi təşkilat keçən fevral ayının 23-də Almaniyada bir toplantı keçirərək “İranda azadlıq və bərabərlik üçün həmrəylik” ittifaqı yaratdıqlarını elan ediblər.

Araz bu ittifaqı “federalizmi qəbul edən bir sol blok” kimi dəyərləndirir:

“Bu ittifaq ümumiyyətlə federalizmi qəbul edən bir sol blok kimi görünür. Onun içinə girəndə görürük ki, əksəriyyət sol qruplar və kürdlərdən ibarətdir. İttifaqda bir türk, bir ərəb və bir bəluç təşkilat da var, amma əsas ağırlıq kürdlərə mənsub təşkilatlar və sol təşkilatlardır.”

Həmçinin, keçən həftələrdə Varşavada təqribən 60 ölkənin iştirakı ilə Yaxın Şərq üzrə Beynəlxalq Konfransın keçirilməsi ilə bərabər qeyri-fars icmalara mənsub digər bəzi qüvvələr də Polşanın paytaxtında toplantı və mitinqlər təşkil ediblər.

Bu ittifaq ümumiyyətlə federalizmi qəbul edən bir sol blok kimi görünür.

Məcid Arazın mənsub olduğu “Azərbaycan Milli Dirəniş Təşkilatı” daxil olmaqla, Varşavada toplantı keçirən 10 qeyri-fars təşkilat birgə bəyanat imzalayıblar.

Onun söylədiklərinə görə, “Varşavada bir təşkilatlanma olmadı. Sadəcə bir seminar oldu və o seminardan bir qətnamə çıxdı. Qətnamədə qeyri-fars millətlərin yaxınlaşması və birlikdə hərəkət etməsinin zərurəti vurğulandı.”

Siyasi fəal əlavə edir, “baxdığımız zaman İrandakı son yeniliklərlə əlaqədar olaraq, həm farsların arasında həm də qeyri-farsların arasında ümumiyyətlə belə yaxınlaşmalar, bloklaşmalar və işbirlikləri görünür və bu diqqət çəkir... Azərbaycanın özündə də, türk təşkilatlar arasında, hazırda bizim İstiqlalçılar Birliyi adı altında bir platformamız var. Onun xaricində, bir araya gəlmə və birlikdə hərəkət etmək istiqamətində başqa cəhdlər var.”

İranda iqtisadi-siyasi və ictimai duruma baxanda, rejim hər anlamda böhranlarla üz-üzədir. İslam Respublikası üçün geri-sayma uzun zamandır başlayıb.

“İslam Respublikası uzun zamandan bəri üzaşağı gedir,” deyə Məcid Araz vurğulayır - “İranda iqtisadi-siyasi və ictimai duruma baxanda, rejim hər anlamda böhranlarla üz-üzədir. İslam Respublikası üçün geri-sayma uzun zamandır başlayıb. Amma, Tramp administrasiyasının nüvə sazişindən çıxması və sanksiyaların artaraq davam etməsi artıq rejimin təlatümlü bir duruma düşməsinə yol açmaqdadır.”

O, hesab edir ki, İslam Respublikasının qarşılaşdığı bu durum bütün müxalif qüvvələr arasında hərəkətlənməyə səbəb olduğu kimi, qeyri-fars təşkilatları da hərəkətləndirib:

“Bu vəziyyət rejimə müxalif olan bütün qruplar arasında bir hərəkətlənmə zərurətini hiss etdirib. Biz bunu bütün millətlərə mənsub təşkilatlarda görürük. Farslarda da var, kürdlərdə də, türklər və ərəblərdə də. Ümumiyyətlə rejimin getməsini istəyən hər kəs güc toplama, bir araya gəlmə və birlikdə hərəkət etmə ehtiyacını hiss edir,” Məcid Araz əlavə edir.

XS
SM
MD
LG