Accessibility links

“Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası hökuməti qazın və elektrik enerjisinin qiymətlərinə yenidən baxmağa çağırır


“Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının emblemi

İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Azərbaycan Tarif (qiymət) Şurasının elektrik enerjisi və təbii qazın qiymətlərinin artırılması barədə 2021-ci il 16 oktyabr tarixli qərarlarına yenidən baxmasını vacib sayır.

Tarif (qiymət) Şurasının qərarına görə, illik 1200 kubmetrə qədər təbii qazın hər kubmetrinin qiyməti əhali üçün 12 qəpikdən hesablanacaq. İndiyə kimi bu qiymət 10 qəpik idi, yəni 20 % artırılıb.

Tarif Şurasının qərarına əsasən, əhali illik 1200 kubmetrlik normanı keçərsə, 2500 kubmetrədək 1 kub metr üçün 20 qəpik, bu limiti də aşarsa, sonrakı hər kubmetr üçün 25 qəpik ödəyəcək.

Elektrik enerjisinə gəlincə əhali üçün tarif diferensiasiyası dəyişib. İndiyədək elektrik enerjisi üçün iki ödəniş həddi olub - aylıq 300 kVts-dək 7 qəpik və 300 kVts-dan çox sərfiyyat üçün isə 11 qəpik. Tarif Şurasının yeni qərarında üç kateqoriya müəyyənləşdirilir: sərviyyatı 200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts, 200 kVts - 300 kVts arası 9 qəpik/kVts, 300 kVts-dan yuxarı abonentlər üçün isə 13 qəpik/kVts.

İctimai Birliklərin "Mədən Sənayesində Şəffaflığın Artırılması" Koalisiyası bildirir ki, hökumət istehlakçıları bu qərarların qəbulunun zəruri olduğuna inandıra bilmir.

“Bunun fundamental səbəbi odur ki, hökumətin verdiyi qərarlar kollegial formada deyil, göstərişlər əsasında qəbul edilir və cəmiyyətlə dialoq yox səviyyəsindədir. Bu səbəbdən də ölkə əhalisinin marağına birbaşa təsir edən qərarlardan öncə heç bir ictimai müzakirələr həyata keçirilmir və xalqın maraqları nəzər alınmır,” İctimai Birliklərin “Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyasının mövqe sənədində qeyd edilir.

Sənəddə deyilir ki, hökumətin və inhisarçı dövlət şirkətlərinin qazın daxili bazarda qiymət artımlarını dünya bazarında qazın qiymət artımı ilə izahı yanlışdır və heç bir iqtisadi qanunlara söykənmir. Çünki Azərbaycan qaz idxal edən ölkə deyil və dünya bazarındakı qiymət artımının daxili bazara mənfi təsiri yoxdur.

“SOCAR-ın illik hesabatına görə, təbii qazın maya dəyəri 61,27 manat təşkil edir. Hər 1000 m3 təbii qazın 100 km. üçün nəql xərci 2.0 AZN və təbii qaz prosesinin idarə edilməsi üçün 5,5 AZN təşkil edir. Beləliklə, daxili bazarda 1000 m3 təbii qazın son satış qiyməti 75 AZN təşkil etdiyi halda, Tarif Şurasının elan etdiyi yeni qiymətlər maya dəyərindən dəfələrlə çoxdur.”

Qurum bildirir ki, elektrik enerjisi istehsalı ilə bağlı vəziyyt də oxşardır.

Beynəlxalq Enerji Agentliyinin 2020-ci hesabatına görə, 1 kvt.s elektrik enerjisinin maya dəyəri “Azərenerji” tərəfindən İstilik Elektrik Stansiyalarında 4,1 qəpik, kiçik hidroelektrik stansiyalarından 5 qəpik, külək stansiyalarından 5,7 qəpik, digər alternativ mənbələrdən 5,7 qəpik, tranzit haqqı 0,2 qəpik təşkil edir. Belə olan halda Tarif Şurasının daxili bazarda elektrik enerjisinin istehlak qiymətlərini yenidən bahalaşdırılması başa düşülən deyil və əhalinin indiki sosial durumunun daha da pisləşməsinə xidmət edir,” sənəddə qeyd edilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Vyanada İranla nüvə sazişi üzrə danışıqlar bərpa olunub
please wait

No media source currently available

0:00 0:11:33 0:00

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG