Accessibility links

Mədəniyyət naziri vəzifəsindən azad edilib


Əbülfəs Qarayev mədəniyyət naziri vəzifəsindən azad edilib.

Bu barədə mayın 21-də prezident İlham Əliyev sərəncam imzalayıb.

Qarayevin yerinə hələ yeni nazir təyin edilməyib.

Əbülfəs Qarayev 1994-cü ildən, 26 il ərzində gənclər, turizm, idman və mədəniyyət naziri olub.

Bu il mayın 8-də Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində istintaq-əməliyyat tədbirləri krçirib. Əməliyyat nəticəsində nazir müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov saxlanılıb.

Aparılan cinayət işi üzrə Rafiq Bayramov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG