Mayın 9-da Bakının Səbail Rayon Məhkəməsi hakim Şahin Abdullayevin sədrliyi ilə mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov barəsində dörd aylılq həbs qətimkan tədbiri seçib.
Bununla yanaşı, yerli media nazirliyin azı 4 vəzifəli şəxsinin saxlanıldığını yazır.
Dövlət Təhlükəsizliyi Xidmətinin mayın 8-də yaydığı məlumatda deyilir ki, Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
Mayın 9-da prezident İlham Əliyev Rafiq Bayramovun və Zakir Sultanovun vəzifələrindən azad edilməsi barədə sərəncamlar imzalayıb.