Accessibility links

Məhəmməd Əmin Rəsulzadənin barelyefi oğurlanıb


Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Novxanıdakı evinə vurulmuş bürünc barelyef yanvrın 14-də gecə naməlum şəxslər tərəfindən oğurlanıb. Hələlik həmin şəxslərin axtarışı nəticə verməyib. Bu barədə Amerikanın Səsinə Abşeron rayonunun Novxanı bələdiyyəsindən bildiriblər.

Məhəmməd Əmin Rəsulzadənin barelyefi oğurlanıb
Məhəmməd Əmin Rəsulzadənin barelyefi oğurlanıb

Mənbənin məlumatına görə, səhər hadisə yerinə Abşeron Rayon İcra Hakimiyyəti və polisdən gəliblər. Araşdırma və barelyefin axtarışı davam edir.

Barelyef 1992-ci ildə Rəsulzadələr ailəsinə məxsus evin divarına vurulub. Onun yeganə heykəli də bu kənddədir.

XS
SM
MD
LG