Accessibility links

Məhəmməd Əmin Rəsulzadənin barelyefini oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb


Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin doğulduğu evin divarından barelyefini oğurlamaqda şübhəli bilinən iki nəfər Abşeron Rayon Polis İdarəsi tərəfindən saxlanılıb. Oğurluqda şübhəli bilinən digərlərinin tutulması istiqamətində isə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliynin mətbuat xidmətinin məlumatına görə, barelyefi oğurlayan şəxslər onu hissələrə ayıraraq paytaxtın Binəqədi rayonu və Sumqayıt şəhərində yerləşən metal qəbulu məntəqələrinə satıb. Barelyefin hissələri polis əməkdaşları tərəfindən metal qəbulu məntəqlərindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Məlumatda barelyefi oğurlamaqda şübhəli bilinən şəxslərin adları açıqlanmır.

Yanvarın 15-də Abşeron rayonu Novxanı kəndində Məhəmməd Əmin Rəsulzadənin anadan olduğu, hazırda körpələr evi kimi istifadə olunan evin divarından onun barelyefinin oğurlandığı bildirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiyada amerikalı jurnalist saxlanıb
please wait

No media source currently available

0:00 0:09:40 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynada müharibə və Çin-Rusiya danışıqları.
please wait

No media source currently available

0:00 0:30:03 0:00
XS
SM
MD
LG