Accessibility links

Məhəmməd bin Salman ikigünlük Pakistan səfərini başa vurub


Pakistanın Səudiyyə Ərəbistanının vəliəhd şəhzadəsi Məhəmməd bin Salmana ölkəsinin ən yüksək mükafatını təqdim edib. Bu, onun Pakistana ilk səfəri çərçivəsində 20 milyard dollar məbləğində misli görünməmiş investisiya razılaşmalarının imzalanmasından sonraya təsadüf edib.

Pakistanın baş naziri İmran Xan başlıca mülki və hərbi səlahiyyətlilərlə birlikdə paytaxtın kənarında yerləşən hərbi hava bazasında Səudiyyə liderini qəbul edib.

Daha sonra iki lider iki heyət arasında müqavilələrin imzalanmasından əvvəl baş nazirin igamətgahında rəsmi danışıqlar aparıb.

Məhəmməd bin Salman ikitərəfli danışıqların vacibliyindən bəhs edib və vəliəhd şəhzadə olduqdan sonra şərqə ilk səfəri olaraq Pakistanı seçdiyini vurğulayıb.

"Biz Pakistanla qardaş və yoldaş dövlətik, birlikdə pis və yaxşı zamanlardan birlikdə keçdik və bunu davam etdirəcəyik. Pakistan indiki rəhbərliyi ilə parlaq gələcəyə sahibdir”, Səudiyyə Ərəbistanın vəliəhd şəhzadəsi Məhəmməd bin Salman deyib.

Səudiyyə Ərəbistanının misli görünməmiş sərmayələrini baş nazir Xanın yeni hökuməti iqtisadi böhran və ödəmələrdə balans təzyiqinə məruz qalan Pakistan üçün ciddi bir təkan kimi görür.

Pakistan Səudiyyə Ərəbistanı ilə güclü siyasi, mədəni, iqtisadi və müdafiə əlaqələri saxlayır. 2,5 milyondan çox pakistanlı Səudiyyə Ərəbistanda yaşayır və o ölkənin neft sektoru İslamabad üçün təxirə salınmış ödənişlər, eləcə də Pakistanın tez-tez zəifləyən iqtisadiyyatına kömək etmək üçün pul köçürmələrinin əsas mənbəyidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG