Accessibility links

Məhəmməd Həsənnejad: Ayrı-seçkilik Azərbaycan əhalisini incidir


Məhəmməd Həsənnejad, millət vəkili
Məhəmməd Həsənnejad, millət vəkili

Şərqi Azərbaycan vilayətinin Mərənd və Culfa şəhərlərinin millət vəkili Məhəmməd Həsənnejad noyabrın 2-də İranın İslami Şura Məclisindəki nitqində hökümətin İran Azərbaycanı ilə bağlı siyasətini sərt tənqid edib.

Həsənnejadın açıqlamaları ilə bağlı məlumatı İran Parlamentinin mətbuat orqanı olan “Millətin Evi” agentliyi və İSNA agentliyi tərəfindən verilib.

Bu gün vəziyyət elə olub ki, əhali Səttar Xanın məzarı üstünə gedib fatihə oxuyanda belə pan-türkist damğasına məruz qalmaqdan qorxur.
Məhəmməd Həsənnejad, millət vəkili

Millət vəkili bəzi nümunələr verərək su, yol və tikinti layihələrində hökümətin Azərbaycan vilayətlərinə qarşı ayrı-seçkilik tətbiq etdiyini ifadə edib.

“Ayrı-seçkilik və ayrı-seçkilik hissi Azərbaycan əhalisini incidir. Əhali deyir, necə olur, İran körfəzindən su çəkirlər, Karun çayında su aparırlar, amma Zab çayından Urmiyə Gölünə su transferi üçün pulları olmur? Necə olur ki, İsfahanın sürət qatarı layihəsi tamamlanır, amma Təbrizinki 17 ildir elə qalır..”, Mərənd millət vəkili dilə gətirib.

Tasnim xəbər agentliyinə istinadən, gənc siyasətçi həmçinin türk faəllarına "Pan-Türkist" damğası vurulmasına etiraz edib.

“Bu gün vəziyyət elə olub ki, əhali Səttar Xanın məzarı üstünə gedib fatihə oxuyanda belə pan-türkist damğasına məruz qalmaqdan qorxur. Səttar Xan milli məclisin banisi idi, amma bu gün onun bir şəkli də parlamentin divarından asılmayıb,” millət vəkili söyləyib.

Həsənnejad keçən bir neçə ildə İran Azərbaycanının iqtisadi problemləri və türklərin müxtəlif sahələrdə ayrı-seçkiliyə məruz qaldığını davamlı şəkildə gündəmə gətirib. O bu səbəblə İran millətçilərinin idarə etdiyi veb səhifələrin hücumuna məruz qalır.

XS
SM
MD
LG