Accessibility links

Məhəmməd Rəhmanifər: İran əhalisi seçkilərdən heç bir nəticə əldə etməyəcəyini bilir


Məhəmməd Rəhmanifər
Məhəmməd Rəhmanifər

Yazar və mədəni fəal Məhəmməd Rəhmanifər Amerikanın Səsinə müsahibədə İranın 11-ci parlament seçkiləri ərəfəsində ölkədəki iqtisadi və siyasi atmosferi dəyərləndirib.

Məhəmməd Rəhmanifər Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:12:39 0:00

“Bu il durum bir az fərqlidir. Noyabr hadisələrində çox insanın qanı töküldü. Bir çox insan həbsdədir. Bundan əlavə əhali görür ki, səs verməklə bir nəticə əldə etmir. Hər cürəsini sınayıblar ki, bir yol tapsınlar. Amma çıxmaza tuş gəliblər,” Rəhmanifər deyir.

Bu hakimiyyət birinin namizədliyini qeydiyyatdan keçirərsə, əmindir ki, o şəxs gedib Tehranda parlamentdə oturanda, elə Tehranın sözünü deyəcəkdir.

Ölkənin iqtisadi vəziyyətinə diqqət çəkən mədəni fəal “yoxsulların fəlakət içində yaşadığını, orta sinif iranlıların isə günü gündən yoxsullaşdığını” vurğulayır:

“İndi artıq əvvəllər kimi deyil ki, deyək bir təbəqə yoxsuldur və sadəcə o təbəqə çətinlik çəkir. Bu millətin başına elə oyunlar gəlib ki, bunlar günü gündən iqtisadi baxımdan geriyə gedirlər. Bütün təbəqələr geriyə gedir. Orta təbəqə günü gündən yoxsullaşır, durumu pisləşir. Yoxsul təbəqə də ki, onsuz da fəlakət içində yaşayır.”

O, İranda “yoxsulluğun da xalqlar və siniflər arasında ədalətli bir şəkildə paylanmadığını” ifadə edir.

“Yoxsulluq da ədalətli bir şəkildə paylanmayıb. Bəzi vilayətlər və şəhərlər var ki, yoxsulluq biraz daha az özünü göstərir. Amma məsələn türk, kürd, bəluç və ərəb bölgələrə, yəni kənar vilayətlərə gələndə özünü daha çox göstərir. Bir tərəfdən də görürük ki, bir dəstə hakimiyyətə bağlıdır, yüksək səviyyəli rəsmilərə bağlıdır. Onlar İran əhalisinin kiçik faizidir ki, bugün yoxsulluğu çox hiss etmirlər. Çünki, hakimiyyətin rentasından yararlanırlar,” o, söyləyir.

Orta təbəqə günü gündən yoxsullaşır, durumu pisləşir. Yoxsul təbəqə də ki, zatən fəlakət içində yaşayır.

Məhəmməd Rəhmanifər əhalinin seçkilər yolu ilə vəziyyətin dəyişməyəcəyini bildiyini önə çəkir.

Onun sözlərinə görə, “millət bundan əvvəlki seçkilərə də çox rəğbət bəsləməyin. Hakimiyyət təbliğatla elə göstərib ki, sanki əhali səs vermək üçün can atır və hamı sandıq başında növbəyə durur. Mən son 20 ildən çox müddət ərzində bir çox seçkilərə şahid olmuşam. İki-üç dövr müəyyən şərait var idi və əhali müəyyən səbəblərə görə sandıq başına getdi. Əlbəttə ki, nəticə də almadı. Onun xaricində, digər seçkilərdə elə bir iştirak olmayıb. Əhali səs verməyə can atmayıb.”

Türk fəal əlavə edir ki, “məclis və şura seçkilərində tayfabazlıq olur. Yəni hərkəs öz tayfasına görə, öz qohum-əqrabasına görə sandıq başına gedə bilir... Amma, baxanda heç fərq etmir ki, bu tayfanın adamı çıxsın ya o tayfanınkı. Nəticədə heç bir fərq olmayacaq. Bir şəxsin seçilməsi hakimiyyətə təhlükə olmadığı halda hakimiyyət meydanı açıq buraxır ki, əhali sandıq başına getsin. Hakimiyyətin diskursuna yaxın olmayan birinin seçilməsinə icazə verilməz. Bu hakimiyyət birinin namizədliyini qeydiyyatdan keçirərsə, əmindir ki, o şəxs gedib Tehranda parlamentdə oturanda, elə Tehranın sözünü deyəcək, təmsil etdiyi şəhərin sözünü deməyəcək.”

XS
SM
MD
LG