Accessibility links

“İranda türkcə kitabların çapına icazə versələr də, satılıb, oxunmasını istəmirlər”


Məhəmməd Rəhmanifər
Məhəmməd Rəhmanifər

Yazar və publisist Məhəmməd Rəhmanifər Amerikanın Səsi ilə söhbətdə İran Azərbaycanı və Tehranda türkcə kitab nəşr edən naşirlərin qarşılaşdığı basqılar və məhdudiyyətləri şərh edib. O, həmçinin İranda kitab sərgilərinə rəğbət getdikcə artarkən, kitab mağazalarının müştərisiz qalmasının səbəbləri haqqında danışıb.

Məhəmməd Rəhmanifər Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:16:24 0:00

Məhəmməd Rəhmanifərin dediklərinə görə, türkcə kitab nəşr edən naşirlər və yazarlar çap icazəsi üçün müraciət etdikdən, kitabların satışına qədər müxtəlif basqılar və məhudiyyətlər ilə üzləşirlər.

Kitab oxuyanlar isə xüsusilə kiçik şəhərlərdə istədikləri kitabları tapa bilmirlər. Bunlar vaxt ayırırlar ki, ildə bir dəfə vilayət mərkəzləri və ya Tehranda qurulan kitab sərgilərinə gedib və istədikləri kitabları təmin etsinlər.


Keçən günlərdə Təbriz, Urmiyə, Binab və Tehran kimi şəhərlərdə fəaliyyət göstərən türk naşirlərin 17-ci Təbriz Beynəlxalq Kitab Sərgisinə alınmaması təpkilərə yol açmışdı. Etirazların ardınca Şərqi Azərbaycan vilayətinin İrşad və Mədəniyyət İdarəsi naşirlərin sərgidə pavilyon qurmasına icazə verdi.

Rəhmanifərin sözlərinə görə, sosial şəbəkələrdə geniş etirazlar olmasaydı, naşirlər sərgiyə alınmayacaqdı:

“Deyirlər İrşad İdarəsi ilə içəridə müzakirələr aparılıb. Amma mənim təkidim bunadır ki, etirazlar sosial şəbəkələrdə əks olunmasaydı, o müzakirələr nəticə verməyəcəkdi. İrşad idarəsinin geri çəkilməsinin ilkin səbəbi bu etirazlar oldu.”

Yazar İranda kitabları satmaq və tanıtdırmaq üçün naşirlərin kitab sərgisinə qatılmasının vacib və önəmli olduğunu vurğulayır.

O, İranda bir yandan kitab mağazalarında müştərilərin getdikcə azaldığını, digər yandan isə kitab sərgilərinə rəğbətin artdığını önə çəkir.

“Kitab oxuyanların sayının azalması səbəb olur ki, şəhərlərdəki kitab mağazaları bir çox kitabları gətirə bilmirlər... Kitab satıcılarında o büdcə yoxdur ki, yeni çapdan çıxan kitabları alıb gətirsinlər. Naşirlər də bu riski etmirlər ki, satışı az olan kitab mağazasına kitabları nisyə göndərsinlər,” o, söyləyir.

İranda kitab mağazaları zəifləyiblər. Günü-gündən bağlanırlar. Biri mən özüm, kitab mağazamı bağlamağa məcbur qaldım.

Mədəni fəalın dediklərinə görə, “kitab oxuyanlar isə xüsusilə kiçik şəhərlərdə istədikləri kitabları tapa bilmirlər. Bunlar vaxt ayırırlar ki, ildə bir dəfə vilayət mərkəzləri və ya Tehranda qurulan kitab sərgilərinə gedib və istədikləri kitabları təmin etsinlər.”

O, müştərisi azalan bir çox kitab mağazasının bağlandığına diqqət çəkir: “İranda kitab mağazaları zəifləyiblər. Günü-gündən bağlanırlar. Biri mən özüm, kitab mağazamı bağlamağa məcbur qaldım.”

Məhəmməd Rəhmanifər deyir, “bir də bir qəribə məsələ var ki, bugün İranda naşirlərin sayı kitab mağazalarından çoxdur. Özəlliklə Təbrizdə və Azərbaycanda. Bu çox qəribə məsələdir... Amma həqiqət budur ki, bu gün kitab nəşr etməyin mənfəəti kitab satmaqdan daha çoxdur. Bunun da amili var. Xülasə desəm, bir yazar kitabını gətirir naşirə, naşir ondan pul alıb kitabını çap edir. Sonra da verir qucağına deyir götür get!”

Belə bir şəraitdə, Rəhmanifərin sözlərinə görə, “naşirlərin əsas gəliri kitab sərgilərindəndir. Kitablarını əsasən sərgilərdə satırlar. Sərgiyə alınmayanda, kitabları əllərində qalır.”

Son bir-iki ildə, naşirlər ya yazarlar yaydıqları kitablara təqdimat keçirmək istəyiblər ki, ən azından mediaya çıxsın, ya beş nəfərin qulağına çatsın ki, belə bir kitab çap olub. Amma bu mərasimlər ləğv olunub. Türkcə kitabların təqdimatına irşad idarəsi tərəfindən icazə verilməyib.

O, İran Azərbaycanında yeni kitablar nəşr edən bir çox türk naşir və yazara təqdimat mərasimi keçirmək icazəsi verilmədiyini önə çəkərək, kitab sərgilərinin kitabları tanıtdırmaq üçün də əlverişli fürsət olduğunu vurğulayır:

“Son bir-iki ildə, naşirlər ya yazarlar yaydıqları kitablara təqdimat keçirmək istəyiblər ki, ən azından mediaya çıxsın, ya beş nəfərin qulağına çatsın ki, belə bir kitab çap olub. Amma bu mərasimlər ləğv olunub. Türkcə kitabların təqdimatına irşad idarəsi tərəfindən icazə verilməyib.”

Rəhmanifər əlavə edir, “kitab sərgisinin başqa faydası, elə adında da olduğu kimi kitabın sərgilənməsidir. Baxırsan İrşad İdarəsi kitabın çapına icazə verib, amma onun kitab mağazalarının vitrinində durmasına icazə vermir. Əlbəttə, kitab sərgisində də görmüşəm ki, senzura məmurları gəlib naşirlərə deyirlər ki, bu kitabı göz önünə qoyma!”

Məhəmməd Rəhmanifər türk naşirlərə qarşı basqıları son vaxtlar “türk dili, mədəniyyəti və kimliyinə qarşı” artan basqıların bir hissəsi hesab edir:

“Türk naşirləri sərgiyə almaq istəmədiklərinin bir səbəbi də budur ki, istəmir əhalinin hətta gözü bu dildə çıxan kitablara dəysin... Sadəcə naşirlər və kitab sərgilərinə baxmayaq. İranda ümumiyyətlə türk kimiliyinə qarşı hücumlar artıb. Gün yoxdur ki, Tehranda çıxan qəzetlərin biri dilimizə və kimliyimizə hücum etməsin. Bunların bir səbəbi var. Xüsusilə Azərbaycanda və hətta ümumi danışsaq, elə İranın başqa bölgələrində də bir türk oyanışı vardır. Bu daha qədimdən başlasa da, son zamanlar öz gücünü sərgiləməkdə daha uğurlu olub.”

Məhəmməd Rəhmanifər eləcə də türkcə kitab nəşr edən yazarlar və naşirlərin çap icazəsi almaq mərhələsindən, kitabların satışı və yayılmasına qədər qarşılaşdıqları məhdudiyyətlər və basqıları açıqlayıb.

XS
SM
MD
LG