Accessibility links

Məhəmməd Talıblı: Azərbaycanda devalvasiya siyasi qərarla formalaşır


Məhəmməd Talıblı
Məhəmməd Talıblı

İqtisadçı alim Məhəmməd Talıblı Amerikanın Səsinə müsahibəsində 2021-ci ilin dövlət büdcəsinin əsas istiqamətlərindən və devalvasiya ilə bağlı son müzakirələrdən danışıb.

Amerikanın Səsi: 2021-ci ilin dövlət büdcəsi əhalinin sosial təminatının yaxşılaşdırılması üçün əsaslar yaradırmı?

Növbəti ilin dövlət büdcəsində sosial siyasətlə bağlı müəyyən problemlərin olduğunu hiss edirəm.

Məhəmməd Talıblı: İlk baxışda belə təəssürat yaranırdı ki, COVİD-19-la bağlı nəinki Azərbaycanda, bütün dünyada sosial müdafiə daha çox səfərbər olunacaq, vətəndaşlara yönümlü sosial müdafiənin effektivliyi artacaq. Bu baxımdam ötən il Azərbyacanın dövlət büdcəsində edilən əlavə və dəyişikliklərdən sonra bununla bağlı müəyyən xərclər nəzərdə tutuldu. Təbii ki, bu xərclər kifayət qədər səviyyədiə hesab oluna bilməzdi. 2021-ci ilin dövlət büdcəsində də bununla bağlı müəyyən tədbirlərin həyata keçirilməsi nəzərdə tutulsa da, bu kifayət qədər böyük vəsait deyil. Əslində, Azərbaycanda COVİD-lə bağlı sosial müdafiə təyinatlı xərclərin maliyyələşdirilməsində elə də çətinliklər olmamalı idi. Sadəcə olaraq, bu istiqamətdə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait bizim mövcud iqtisadi imkanlara tamamilə adekvat deyil. Bu səbəbdən növbəti ilin dövlət büdcəsində sosial siyasətlə bağlı müəyyən problemlərin olduğunu hiss edirəm.

Amerikanın Səsi: 2020-ci illə müqayisədə gələn ilin büdcə xərclərinin istiqamətlərində hansı dəyişikliklər baş verəcək?

2021-ci ilin dövlət büdcəsinə Neft Fondundan transfertin ötən illə müqayisdə 7,5 faiz artması ilə rastlaşırıq.

Məhəmməd Talıblı: Növbəti ilin dövlət büdcəsində bir neçə vacib parametrlər var. Bunlardan biri, gələn ilin dövlət büdcəsi üçün gəlirlər 25,4 milyard manat, xərcləri isə 28.5 milyard manat səviyyəsində nəzərdə tutulur. Bu, o deməkdir ki, bizim büdcə kəsiri həddimiz 3,1 milyard manat nəzərdə tutulur. Diqqəti cəlb edən əsas məsələlərdən biri də dövlət büdcəsində sektorial təhlillə bağlıdır. Gələn ilin dövlət büdəsinin 54 faizi yalnız neft sektorundan vəsaitlər hesabına formalaşacaq. 46 faizi isə qeyri-neft sektorunun payına düşür. Bildiyiniz kimi, dövlət büdcəsi əsasən iki istiqamətdən formalaşır. Birinci Neft Fondundan transfertlər, ikincisi transmilli neft korporasiyalarının ödədiyi vergilər. Bu ikisini toplayanda büdcənin formalaşdırılmasını dəqiqləşdirə bilirik. Burada da Neft Fondundan transfertlər dominantlıq təşkil edir. Gələn ilin dövlət büdcəsinə Neft Fondundan təxminən 12.2 milyard manat transfert nəzərdə tutulur. Bu ötən illərə nisbətən daha çoxdur.

Hökumətin də tez-tez elan etdiyi fiskal hədəflər var. Bu hədəflərdən biri bu idi ki, Neft Fondundan büdcəyə transfetləri ildən-ilə mümkün qədər limitləşdirmə kursuna keçməliyik. Amma biz əksini görürük. 2021-ci ilin dövlət büdcəsinə Neft Fondundan trasfertin ötən illə müqayisdə 7,5 faiz artması ilə rastlaşırıq. Bu onu gösətrir ki, dövlət büdcəsinin fiskal genişlənməsi daha çox Neft Fondundan transfert hesabına baş verir. Bu baxımdan qeyri-neft sektorundan daxilolmaların artması barədə fikirlər doğru görünmür.

Neft olmasa bizim büdcə hansı vəziyyətdə olardı? - sualı ilə tez-tez rastlaşırıq. Neftsiz büdcənin nəinki kapital qoyuluşu xərclərinin, hətta cari xərclərinin 65 faizini maliyyələşdirə bilərik. Real vəziyyət bundan ibarətdir. Cari xərclər deyəndə əmək haqlarının, müəllimlərin, həkimlərin maaşlarının, sosial xərclərin, pensiyaların 65 faizini maliyyələşdirə bilərik. Bu da Azərbaycan üçün çox ciddi risklərdən biridir.

Amerikanın Səsi: Son günlər devalvasiya məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Devalvasiya ola bilərmi?

Bu iqtisadi məzmunlu olsa da hər halda hökumətin siyasi qərarı ilə formalaşır.

Məhəmməd Talıblı: Azərbaycanda devalvasiya bir çox hallarda şərtlərin dəyişməsi ilə bağlı olur. Bir çox hallarda devalvasiya iqtrisadi situasiyanı əks etdirən hal olmur. Bu iqtisadi məzmunlu olsa da hər halda hökumətin siyasi qərarı ilə formalaşır. Ona görə də devalvasiyaın olub-olmayacağı iqtisadi yüklü məsələ kimi görünmür. Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət budur, bu səbəbdən büdcəyə baxıb bu barədə bir qərar vermək mümkün deyil ki, devalvasiya olacaq, ya olmayacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG