Accessibility links

Məhkəmə Əli Kərimlinin mühafizəçisini ev dustaqlığına buraxmayıb


Niyaməddin Əhmədov və Əli Kərimli 19 oktyabrf aksiyası zamanı

Nəsimi rayon məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası sədri Əli Kərimlinin mühafizəçisi və müxalif fəal Niyaməddin Əhmədovun ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib.

AXCP dən Amerikanın Səsinə verilən məlumat görə bu barədə sentyabrın 30-da Elməddin Hüseynov qərar çıxarıb.

Məlumata görə Niyaməddin Əhmədovun özü də iştirak edib.

Belə ki, məhkəmədə onun vəkili Zibeydə Sadıqovaev dustaqlığına buraxılması barədə vəsatəti onunla əsaslandırıb ki,bütün lazımi istintaq hərəkətləri aparılıb, ekspertizalar keçirilib.

Məhkəmədə vəkil qeyd edib ki, Niyaməddin Əhmədov həbsdən buraxılsa belə, onun heç bir şahidə təzyiq göstərmək, istintaqın gedişinə mane olmaq fikri də, imkanı da yoxdur.

N.Əhmədov məhkəmədə çıxış edərək həbsinin qanunsuz olduğunu vəhəbsinin səbəbi Əli Kərimlinin mühafizəçisi olduğunu deyib.

Məhkəmə bundan sonra müşavirəyə gedərək, vəsatətin təmin olunmaması barədə qərar qəbul edib.

Vəkil bundan sonra ikinci instansiya məhkəməsinə müraciət edəcəyini deyib.

AXCP fəalı Niyaməddin Əhmədov aprelin 16-da Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin qaydalarını pozma) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs olunub.

AXCP-nin məlumatına görə, aprelin 28-də fəal saxlanıldığı Daxili İşlər Nazirliyinin (DİN) İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindən başına torba salınaraq naməlum ünvana aparılıb və ağır işgəncələrə məruz qoyulub.

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov AXCP-nin məlumatında deyilənləri təkzib edib. Onun sözlərinə görə, məlumat "uydurma xarakterlidir".

Mayın 16-da inzibati həbs müddəti başa çatdıqdan sonra Niyaməddin Əhmədova qarşı Cinayət Məcəlləsinin 214-1-ci (Terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, Qabil Məmmədov adlı şəxsin Almaniya ərazisində sığınacaq alaraq Azərbaycan ərazisində terrorçuluğa hazırlıq və terrorçuluğa açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlumata görə, Məmmədov hakimiyyətə qarşı cinayət əməllərində dəstəklənməsinə etibar etdiyi şəxslərə, o cümlədən yaxından tanıdığı həmyerlisi Niyaməddin Əhmədova müxtəlif üsullarla göndərdiyi pul vəsaitlərini verməsinə, sonuncunun isə öz növbəsində terrorçuluğun maliyyələşdirilməsində istifadə olunacağını bilib həmin pul vəsaitlərini qəbul edərək uydurma ünvanlar adı altında qəsdən toplamaqla terrorçuluğun maliyyələşdirilməsi cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edilib. Lakin Qabil Məmmədovun çıxışlarında bəyan etdiyi terrorçuluğun törədilməsinə yönələn cinayət əməlləri iradəsindən asılı olmayan səbəblərdən başa çatdırılmayıb,” məlumatda deyilir.

AXCP sədri Əli Kərimli bildirib ki, Niyaməddin Əhmədovun terrorçuluğu maliyyələşdirmək ittihamı ilə həbs edilməsi yeni mərhələdir.

“Müxalifət fəallarının saxta ittihamlarla həbsi yeni xəbər deyil və heç kimi təəccübləndirmir. Lakin əvvəllər bu saxta ittihamlar narkotik, xuliqanlıq kimi cinayətlərlə bağlı olurdu. Terrorçuluğun maliyyələşdirilməsi kimi ağır, gözlənilməz cinayətdə ittiham isə sadəcə absurdun dibi deyil, müxalifəti düşmən elan etməyin nəticəsidir və repressiyaların növbəti, daha üst səviyyəyə keçidindən xəbər verir,” Kərimli qeyd edib.

AXCP fəallarının həbsləri prezident İlham Əliyevin müxalifəti kəskin tənqidlərindən sonraya təsadüf edir.

Şərhlərə bax

XS
SM
MD
LG