Accessibility links

Məhkəmə ADR Hərəkatının fəalının şikayətini təmin etməyib


Hüseyn Məlik

Sentyabrın 22-də Bakı Apellyasiya Məhkəməsi hakim Elmar Rəhimovun sədrliyi ilə Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının İdarə Heyətinin üzvü Hüseyn Məlikin Səbail rayon Məhkəməsinin qərarından şikayətini təmin etməyib.

Bu barədə Amerikanın Səsinə vəkil Fariz Namazlı bildirib.

Hüseyn Məlik məhkəmənin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcək.

Sentyabrın 11-də Bakının Səbail rayon Məhkəməsi ADR Hərəkatının İdarə Heyətinin üzvü Hüseyn Məliki İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə günahlı bilərək 15 sutka inzibati həbsə məhkum edib.

Hərəkat bildirib ki, Hüseyn Məlik sentyabrın 10-da axşam saatlarında yaşadığı mənzildən polislər tərəfindən heç bir səbəb göstərilmədən Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinə aparılıb.

“Hüseyn Məlik Facebook-da tənqidi statuslarına görə saxlanılıb. ADR Hərəkatı onun həbsini pisləyir və siyasi sifariş hesab edir,” ADR Hərəkatının nümayəndəsi Amerikanın Səsinə deyib.

XS
SM
MD
LG