Accessibility links

Məhkəmə AXCP fəalını həbsdə saxlayıb


Məhkəmə AXCP fəalını həbsdə saxlayıb
please wait

No media source currently available

0:00 0:02:38 0:00

Avqustun 10-da Bakı Apellyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Abşeron rayon şöbəsinin fəalı Müşfiq Quliyevin işi üzrə məhkəmə iclası keçirilib. Hakim Müşfiq Quliyev barəsində Bakının Nəsimi rayon Məhkəməsinin verdiyi həbs qərarını qüvvədə saxlayıb. Müşfiq Quliyevin özü məhkəmədə iştirak etməyib. Müşfiq Quliyev Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətindəki döyüşlərdə Azərbaycan Ordusuna dəstək məqsədi ilə iyulun 14-15-də Bakıda keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırlmış cinayət işi əsasında iyulun 30-da saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 186.2.1-ci (özgə əmlakına ziyan vurulması), 233-cü (ictimai qaydanın pozulması) və 315-ci (hakimiyyət nümayəndəsinə tabe olmamaq) maddələri ilə ittiham irəli sürülüb və Nəsimi rayon Məhkəməsinin qəraraı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG