Accessibility links

Məhkəmə AXCP fəalını vaxtından əvvəl azad etməkdən imtina edib


Bakının Xəzər Rayon Məhkəməsi avqustun 6-da Azərbaycan Xalq Cəbhəsi partiyasının fəalı Zamin Salayevi (Əlizamin Salayev) vaxtından əvvəl şərti azadlığa buraxmadı.

Vəkil Elçin Sadıqov Amerikanın səsinə bildirib ki, məhkəmə işə online baxıb.

Eyni zamanda Salayev məhkəmədə tibbi yardımın olmamasına etiraz olaraq dörd gün aclıq etdiyini və son iki gündə su içməkdən imtina etdiyini deyib.

Salayev ürək çatışmazlığından əziyyət çəkir və isti hava şəraitində onun vəziyyəti pisləşib, amma onu həbsxana xəstəxanasına yerləşdirməkdən imtina edirlər. Bundan başqa, vəkili onun yanına buraxılmır.

Vəkil məhkəmənin bugünkü qərarından apellyasiya şikayəti verəcək.

Fəalın oğlu Oqtay Salayev də bildirib ki, atası aclıq edir, amma Ombudsman Aparatı və Penitensiar Xidmət bunu inkar edir.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, isə Salayevin aclıq etməsi haqqında yazılı müraciət daxil olmayıb.

“Onun səhhətində problem yaranıbsa, müəssisədə həkim var və onunla məşğul olacaqlar” - deyə, idarədən bildiriblər.

Əlizamin Salayev 20 aprel 2020-ci ildə Salyan Rayon Məhkəməsi tərəfindən mühakimə olunub və 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. O, yerli polis şöbəsinin zabitinin şikayəti əsasında “böhtan” və “təhqir”də ittiham olunub. İddiaya Salayevin internetdə yaydığı videogörüntü səbəb olub. Videogörüntüdə o, polislə söhbətində onu 21 yaşlı yerli sakini birgə yaşamağa təhrik etməkdə günahlandırıb.

Salayev hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG