Accessibility links

Məhkəmə AXCP fəalının oğluna şərti cəza kəsib


Mehdi İbrahimov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu, futbol məşqçisi Mehdi İbrahimova 1 il 3 ay şərti cəza kəsilib.

Bu barədə fevralın 10-da Bakının Xətai rayon Məhkəməsi hökm çıxarıb.

O, Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə - koronavirus olduğu halda, küçəyə çıxıb başqalarına təhlükə yaratmaqda təqsirli bilinib.

Mehdi İbrahimin oğlu hökmlə razılaşmır və apellyasiya şikayəti vermək niyyətindədir. O, özünü təqsirli bilmir.

İbrahimov 14-15 iyul orduya dəstək aksiyasından sonra saxlanılıb.

Mehdi İbrahimovun evdə qalmaq məcburiyyətində olduğunu sübut edən heç bir tibbi sənəd yox idi. Eyni zamanda, o, aksiyada heç bir qanunsuz əməl törətmədiyini bildirib.

Ailə üzvləri bildirir ki, Mehdi İbrahimov iyulun 15-nə keçən gecə orduya dəstək yürüşündən qayıdanda saxlanılıb. Bir gün sonra onun Məmməd İbrahimin oğlu olduğunu biliblər və sərbəst buraxmayıblar. O, atasının siyasi fəaliyyətinə görə cəzalandırıldığını bildirib.

Mehdi İbrahimov bir ay həbsdə saxlandıqdan sonra 2020-ci il avqustun 19-da ev dustaqlığına buraxılıb.

Ondan sonra atası da orduya dəstək yürüşündə baş verənlərlə bağlı cinayət işi üzrə həbs olunub. O, 2020-ci il noyabrın 17-də ev dustaqlığına buraxılıb.

XS
SM
MD
LG